Ehtiyaclı adama pulu, Allah bu yolla da yetirər
Mərhum Ayətullah Qazi çox böyük elmə malik olan alimlərdəndir ki, öz növbəsində, böyük din alimlərinin müəllimi də olmuşdur. Nəcəf əhlinin onun barəsində çox sayda xatirələri vardır.
Nəql edirlər ki, alim çox kasıb həyat sürərdi. Ailəsinin böyük olmasına baxmayaraq, heç bir zaman onu Allah yolundan çıxartmamış və ondan tələblər etməmişdilər. Ayətullah Mirzə Cavad Ənsarinin oğlu nəql edir: “Ayətullah Seyyid Abbas Quçani danışırdı ki, Mərhum Qazi ağa adətən Nəcəf ilə Kufə arasında get-gəl edərdi. Mən əmin idim ki, onun yanında pul olmazdı. Mənim üçün həmişə təəccüb yaradardı ki, o, bu yolun xərcini hər gün haradan əldə edir. Bir gün alim Kufəyə getmək üçün evindən xaric oldu. Mən gizli halda onun arxasınca getməyə başladım. O, bazardan keçib dayanacağa çatdı. Düz getdi ki, maşınlardan birinə minsin. O zaman ki, alim ayağını qaldırıb maşına qoymaq istədi, bir seyyid qaça-qaça ona tərəf gəldi və ağaya pul verdi. O, başını çevirib mənə baxdı və gülümsədi… Mənə başa salmaq istədi ki, əgər insan səbir və təvəkkül etsə, Allah ona pulu bu cür yetirər”. /Deyerler.org/ Oxşar xəbərlər
|