Dünyada axirəti xatırladan nümunələr
Mьəllif: admin1
Tarix: 25-03-2019, 11:09
Dünyada axirəti xatırladan nümunələr
فَانْظُرْ إِلَىٰ آثَارِ رَحْمَتِ اللَّهِ كَيْفَ يُحْيِي الْأَرْضَ بَعْدَ مَوْتِهَا إِنَّ ذَٰلِكَ لَمُحْيِي الْمَوْتَىٰ وَهُوَ عَلَىٰ كُلِّ شَيْءٍ قَدِيرٌ


"Sən Allahın mərhəmətinin izlərinə bax ki, yeri öldükdən sonra necə dirildir. Şübhəsiz ki, O, ölüləri də mütləq dirildəcəkdir. O, hər şeyə qadirdir." (Rum, 50).

İzah: Quran məadı inkar edənlərin onun mümkünsüzlüyü ilə bağlı ortaya atdığı şübhələri rədd etmək üçün bu dünyada məadın nümunələrini onlara xatırladır ki, həm məadın, ölümdən sonrakı həyatın mümkünlüyünə nümunə olsun, həm də bu dünyada “Rəcət”ə (qayıdışa) sübut olsun.

Bu nümunələrdən bəzisi bunlardır: Bəni-İsraildən qətlə yetirilmiş birinin dirilməsi (Bəqərə, 72), Üzeyr peyğəmbərin (ə) dirilməsi (Bəqərə, 259), Kəhf əshabının uzun illər sonra dirilməsi (Kəhf, 21), Bəni-İsraildən bir qrupun taun nəticəsində öldükdən sonra dirilməsi (Bəqərə, 243), yəhudilərin Tur dağında dirilməsi (Bəqərə, 55) və s.

Bu insan nümunələri ilə yanaşı canlı varlıqların ölümdən sonrakı həyatı ilə bağlı başqa aydın nümunələr də vardır. Bu aşkar nümunə təbiətin ölüb-dilirlməsidir.

Bəli, hər il ölü torpağa can verən, onda yamyaşıl bitkilər yaradan kəs, insanları da ölümdən sonra diriltməyə qadirdir.

Hədis: İslam peyğəmbəri (s): “Baharı gördükdə Qiyaməti çox yad edin. Çünki bahar Qiyamətə çox oxşayır.” (Təfsiri-Fəxri-Razi, c. 17, səh. 18).

Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031