Mömini məsxərə etmək – Uca Allahla dava etməyə bərabər tutulur
Mьəllif: admin1
Tarix: 27-03-2019, 10:25
Mömini məsxərə etmək – Uca Allahla dava etməyə bərabər tutulur
Uzun illər əvvəl alimlərdən biri həkimə gedir. Həmin həkimin qəribə bir adəti var idi. Xəstələrinin yorğunluğunu aradan aparmaq üçün onlarla zarafat edərdi.

Alim nəql edir ki, mən xəstəxanada olan günü həmin həkimin yanına kənddən gələn bir xanım daxil oldu. Həkim ondan əvvəl yazdığı resepti istədi. Xanım isə cavabında dedi ki, həmin resepti çaynikə qoyub qaynatdım və içdim. Həkim gülərək, ona dedi: “Ərinin sənə verdiyi çörəyə heyif olsun!”.

Hamı bu sözdən sonra gülməyə başladı.

Həkim sonra ona izah etməyə başladı ki, resepti deyil, orada yazılanları alıb qaynatmaq və içmək lazımdır. Sonra həmin xanım üçün başqa bir resept yazdı və xanım çıxıb getdi.

Mən həkimin yanına gələndə ona dedim: “Bilirsinizmi ki, nə baş verdi?”.

Həkim dedi: “Nə oldu?”.

Dedim: “Siz o xanımı məsxərə etdiniz. Sizin sözünüzə görə hamı o xanıma güldü və xanım da xəcalət çəkdi. Bütün insanların önündə ona hörmətsizlik etdiniz”.

Qüdsi hədisdə oxuyuruq ki, Əhli-Beyt (ə) davamçısına edilən hötmətsizlik – Allahla vuruşmaq deməkdir. Bəzən belə hallarla elm əhli arasında da rast gəlmək olur. İnsan bəzən sadəlövh olduğu üçün, bu şeylərə diqqət etmir.

Ancaq bilmək lazımdır ki, başqalarını məsxərə etmək və ya yersiz zarafatlar – günahdır, nə qədər məzəli görünsə də. İnsan üçün çox sayda bəlalar gətirər. Ancaq çox təəssüf ki, çoxlarımız bəzən bu həqiqətə etinasız yanaşırıq. Gərək özümüz də bu mövzuda diqqətli olaq, ətrafımızı da təqvalı davranışa dəvət edək.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031