Acıdil insanı gözləyən aqibət
Mərhum Kuleyninin “Kafi” kitabında bəhs etdiyi mövzulardan biri də acıdilli insanların aqibəti barəsindədir.
Bu dəyərli kitabda acıdilli insanlarla bağlı gələn iki hədisə işarə edəcəyik. Hər iki hədisi İmam Sadiq (ə) buyurmuşdur. İmam Sadiq (ə) buyurur: “Ən mənfur insan o kəsdir ki, insanlar onun dilindən qorxsunlar”. Misal üçün xanım və uşaqları atalarının dilindən qorxsunlar. Ya dostlar hansısa dostunun acı dilindən çəkinsin. İmam Cəfər Sadiq (ə) sonrakı hədisdə buyurur: “O kəs ki, insanlar onun dilindən qorxarlar – atəşdə olar”. Bu iki hədis qəlblərimizi titrədir və acıdilli olmağın dünya və axirət ziyanlarından qısa da olsa, bizə xəbər verir. Buyurur ki, əgər acı dilli olsan, insanlar səndən qorxacaq və qaçacaqlar. Çalışacaqlar ki, səninlə əlaqə saxlamasınlar. Hər cür rabitə qurmaqdan qorxacaqlar. Çünki acı dilin onlara əziyyət verər. Başqa bir tərəfdən isə, həmin şəxsin aqibətindən xəbərdar oluruq. Görürük ki, acı dilli insanın yeri – cəhənnəm atəşidir. Bu insan həm dünyada və həm də axirətdə ziyan görənlərdən olar. Bu hədisləri oxuyan zaman Loğmanın ən yaxşı və ən pis yemək gətirmək əhvalatı yada düşür. Həqiqətən də dil, insana yaxşılıqlar və həsənələr də qazandıra bilər. Acılıqlar və əziyyətlər də. Həzrət Peyğəmbər (s) buyurur: “Meracda elə insanları görürdüm ki, cəhənnəmdə dillərindən asılmışdılar. Onlar o kəslər idi ki, dünyada həyat yoldaşlarına dilləri ilə əziyyət vermişdilər”. “İnsanlarda eyib axtarmağa adət edən və başqaları haqqında pis danışan hər bir kəsin vay halına”. (“Huməzə” 1). /Deyerler.org/ Oxşar xəbərlər
|