Ayətullah Amuli: Mömin üçün ölümdən daha üstün hədiyyə yoxdur
Mьəllif: admin1
Tarix: 31-03-2020, 21:50
Ayətullah Amuli: Mömin üçün ölümdən daha üstün hədiyyə yoxdur
Ayətullah Amuli tələbələrinə təfsir dərsi keçərkən Zümər surəsinin 38 və 41-ci ayələrindən söz açıb.

Cənab Amuli: "Tövhid iki hissədir: Zatda tövhid və rübubiyyətdəki tövhid. Eyni şəkildə şirk də iki hissədir; Zatda şirk və rübubiyyətdəki şirk. Zatda müşrik olan insanlar yaradılış aləminin mənbəyi kimi Allahı görməzlər və Allahın kainatın yaradıcısı olduğunu qəbul etmirlər.

Rübubiyyətdəki müşrik olanlarsa Allahın yaradıcı olduğunu qəbul edir, lakin işlərin tədbir və təqdirində başqa varlıqları Allahın yerinə qoyurlar.

Məkkə müşrikləri Allahın yaradıcı olduğunu qəbul etməklə birlikdə işlərin tədbir və təqdirində bütləri təsirli görürdülər. Buna görə Qurani-kərimdəki şəriklə bağlı ayələr əksəriyyətlə rübubiyyətdəki şirk mövzusuna aiddir.

Quran müşriklərin bu məntiqini rədd edir və belə deyir: Yaratma işi daha çətin olduğu halda bu işi Allah etdiyini qəbul edirsiniz, bəs işlərin tədbir və halının Ona məxsus olduğunu niyə inkar edirsiniz?!

Buyurur: Həqiqətən, əgər onlardan: “Göyləri və yeri kim yaratmışdır?!” – deyə soruşsan, mütləq: “Allah!” – deyə cavab verəcəklər. (Ya Peyğəmbər!) De: “Elə isə bir söyləyin görək, əgər Allah mənə bir zərər toxundurmaq (sıxıntı vermək) istəsə, sizin Allahdan qeyri ibadət etdikləriniz (bütlər, tanrılar) Onun zərərini aradan qaldıra bilərlərmi?!

Yaxud: “Əgər Allah mənə bir mərhəmət əta etmək istəsə, onlar Onun mərhəmətinə mane ola bilərlərmi?!” De: “Mənə təkcə Allah kifayət edər. Təvəkkül edənlər yalnız Ona təvəkkül edərlər!”

Uca Allah bu ayədə Peyğəmbəri (s) ən çox narahat edən məsələdə o həzrəti təsəlli etmiş və müşriklərin yaradılışına xitab etməsini istəmişdir. Zatda tövhid məsələsi, yəni hər şeyin yaradıcısının Allah həqiqəti hər kəsin daxilində vardır.

Burada da belə deyilir: Məgər Allahdan başqa bir gücün bu kainatın gedişini müsbət və ya mənfi istiqamətdə dəyişəcəyinimi düşünürsünüz! Ey Peyğəmbər, sən bu insanlara aləmi nəzarətdə saxlayan və işlərin tədbirini əlində tutan gücü başa sal. İnsanı, ölümü, həyatı bunlar üçün açıqlasanız onlar doğru yola gedəcəklər.

Onlara varlıq aləminin başlanğıcda qapalı olduğunu, onu bizim açıb yaydığımızı, sonra göyləri sərərək döşədiyimizi, başlanğıcda bir tüstü olan ulduzlara işıq verib aydınlatdığımızı söylə.

Onlara ölümlə bu həyatın sona çatmadığını, hər şeyin bitmədiyini söylə. Din, ölümü sizə izah etmək üçün gəlmişdir. İmam Hüseyn (ə), Kərbəla burulğanında ölümü bizim üçün mənalı etmişdir.

Həzrət belə buyurmuşdur: "İnsanların çoxu ölümü, hər kəsin içinə düşəcəyi bir çuxur olaraq görür. Halbuki belə deyil. Bədənin o çuxura düşdüyü doğrudur, amma ruh heç vaxt oraya girməz.

Ölüm insanı hərəkətə gətirən bir körpüdür. Bu körpünün möhkəm olması lazımdır. Kim bu körpünü möhkəmlətsə üzərindən daha rahat keçəcək. Amma bu körpü nə qədər zəif və sürüşkən olarsa insan üçün o qədər qəddar olur."

Rəsulullahın (s) bir hədisində "ölümün mömin üçün bir hədiyyə olduğunu" ifadə etmişdir. Bəli, mömin insan üçün ölümdən daha üstün bir hədiyyə yoxdur. Çünki mömin öləndə bütün bədəni ləzzət alır və ölümünün ardından peyğəmbərlər və Allah dostlarını görür, onlarla bir araya gəlir.


İslamazeri.com
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031