Günün hədisi: İnsanı həlak edən iki amil
Mьəllif: admin1
Tarix: 4-04-2019, 11:49
Günün hədisi: İnsanı həlak edən iki amil
İmam Əli (ə) buyurmuşdur:

أَهْلَكَ النَّاسَ إِثْنَٰانِ؛ خَوْفُ الْفَقْرِ وَ طَلَبُ الْفَخْرِ

“İki şey insanları həlak edər: yoxsulluqdan qorxmaq, xəyali fəxrlər arzulamaq.”

(“Tuhəfül-üqul”, (tərcümə), səh.239.)

Qısa izah

Təcavüzkarlıq, oğurluq və rüşvətxorluqların səbəbləri, eləcə də, insanlardan müəyyən bir zümrənin zəhmət çəkmədən tamahkarcasına qarət və çapovulçuluqlarına diqqət yetirsək, bu iki amilin olduqca dərin təsirlərə malik olduğunu görəcəyik.

Bəzi insanlar hər şeyə sahib olmaqla yanaşı, yalnız yoxsulluqdan qorxduğu və ya öz sözləri ilə desək, gələcəyini təmin etmək üçün xilaf işlərə əl atırlar. Bəziləri də maddi və ruhi rahatlığını xəyali fəxrlər və rəqabət hisslərinə fəda edirlər. Halbuki bu çirkin xüsusiyyətləri tərk etdikdə, rahat həyat sürəcəklər.

Hədisdə qeyd edilən “əhləkən-nas” (insanları həlak edər) ibarəsi həm mənəvi həlakətə – Allahdan uzaqlıq və günahlar bataqlığında çapalamağa, həm də zahiri və cismani, başqa sözlə, fiziki həlakətə işarə ola bilər. Çünki yoxsulluqdan qorxmaq və xəyali fəxrlər arzulamaq insanı hətta öz zərərinə tamamlanan bəzi təhlükəli işlərə belə vadar edir.

Bununla yanaşı, yoxsulluqdan qorxmaq və xəyali fəxrlər arzulamaq əsəb sistemini pozan, ruhi-psixoloji gərginliyə və xora xəstəliyi kimi insanı daxildən yeyib ölümünün tezləşməsinə səbəb olan iki viranedici amildir.

Hər iki təfsir həqiqətlə tam uzlaşır.


(Maide.az)
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031