Əhli-Beytin (ə) vilayətində olmaq – həm əqidə, həm əməllə olmalıdır
Qurani-Kərim kamil səma kitabı olaraq, bizlərə dünya hadisələrindən nicat tapan 4 dəstəni tanıtmışdır ki, onlarla tanış olaq:
1. “Ey iman gətirənlər, sizə elə bir ticarət (yolu) göstərimmi ki, sizi ağrılı əzabdan qurtarsın? Allah və Onun Rəsuluna iman gətirin və Allah yolunda mallarınızla və canlarınızla cihad edin. Əgər bilsəniz, (iman və cihad) sizin üçün daha xeyirlidir”.(“Səff” 10-11). İslam dininin nəzərinə görə o kəsin ki, imanı olar, yəni İlahi maarif onun üçün sübut olarsa, onu həm dünyada və həm axirətdə mükafatlar gözləyər. Ancaq bir şərtlə ki, imanın yanında saleh əməlləri də olsun. Allah Təala bu cür mömini dünya hadisələrindən qoruyar və amanda saxlayar. 2. Allah yolunda mücahidə edənlər. “Allah və Onun Rəsuluna iman gətirin və Allah yolunda mallarınızla və canlarınızla cihad edin”. (“Səff” 11). 3. Təqva əhli. “Sonra (etiqad və əməllərində) təqvalı olmuş kəsləri (ora düşməkdən və ya daxil olduqdan sonra) qurtaracaq, zalımları isə (əzabın çoxluğundan) diz üstə düşdükləri halda orada boşlayacağıq”. (“Məryəm (s.ə)” 72). İnsanın özünü tərbiyə etməsi və ruhunu paklaması – mərifət nurunu əldə etmək üçün ən mühüm amillərdəndir. Ona görə də Allah buyurur ki, hər kimin ruhu pak olar – o, nicat tapanlardan olar. 4. Əhli-Beyt (ə) davamçıları. İmam Həsən Müctəba (ə) buyurur: “Bizim davamçılarımız o kəslərdir ki, bizim işlərimizin və bütün qadağalarımızın ardıcılıdırlar. Ancaq onlar bizim davamçılarımızdır. Lakin o kəslər ki, Allahın ona vacib etdiyi çox şeydə bizimlə müxaliflik edərsə, bizim davamçımız deyildir”. Ona görə də ancaq vilayəti qəbul etmək kifayət deyildir, əslində əməl də mühümdür. O kəs ki, əməlində Əhli-beytə (ə) itaət etməz və ona müxalif olarsa – o, həqiqi Əhli-Beyt (ə) davamçısı olmaz. Halbuki, həqiqi Əhli-beyt (ə) davamçısı həm dünya və həm də axirət səadətinə çatan və nicat tapan insandır. /Deyerler.org/ Oxşar xəbərlər
|