Sirri ifşa edən qatil ilə şərik olar – sirr saxlamağın əhəmiyyəti Məsumların (ə) dilindən
Sirr saxlamaq və onu ifşa etməmək – möminin bariz sifətlərindəndir. Hər kim sirr saxlamağı bacarırsa, deməli mömin olmağa layiq insandır.
Məsumlarımız (ə) özləri sirr saxlayan olub, bizləri də bu fəzilətli əmələ dəvət ediblər. İmam Əli (ə) buyurur: “O kəs ki, öz sirrini gizlədər, seçim qüdrəti öz əlində olar”. Həzrət Əli (ə) yenə buyurur: “Sirrini, etimad etdiyin kəsdən başqasına tapşırma”. İmam Əli (ə) buyurur: “Aqilin sinəsi – sirlər sandığıdır”. İmam Sadiq (ə) buyurur: “Sirri ifşa etmək – süqut mənbəyidir”. İmam Əli (ə) buyurur: “Hər kim öz sirrini saxlamaqda aciz olarsa, başqasının sirrini saxlamaqda güclü olmaz”. İmam Hüseyn (ə) buyurur: “Başqalarının sirri – bizim əlimizdə olan əmanətdir”. İmam Rza (ə) buyurur: “O kəs ki, sirri ifşa edər, qatil ilə şərik olar”. İmam Əli (ə) buyurur: “Sükut – hikmətdir və sirr saxlamaq – xoşbəxtliyin bir guşəsidir”. İmam Baqir (ə) buyurur: “Allaha and olsun ki, mənim yanımda ən sevimli dostum – onların ən təqvalısı və ən fəqihidir və o kəsdir ki, bizim sözlərimizi sirr saxlayır”. /Deyerler.org/ Oxşar xəbərlər
|