Şəban ayında Ondan istəyəni, Öz rəhmətindən onu məhrum etməz – Uca Allah buna and içmişdir
Həzrət Peyğəmbər (s) buyurur: “Şəban ayı – şərəfli aydır. O ay – mənim ayımdır. Ərşi həml edənlər onu böyük hesab edərlər və haqqını tanıyarlar. O elə aydır ki, Ramazan ayında olduğu kimi, bəndələrin ruzisi artar”.
Həzrət Rəsuli-Əkrəm (s) başqa yerdə buyurur: “Şəban – mənim ayımdır. Ona görə də bu ayda Peyğəmbərinizin (s) məhəbbətini cəlb etmək və Allaha yaxın olmaq üçün oruc tutun”. İmam Səccad (ə) buyurur: “And olsun o Allaha ki, Əli ibn Hüseynin (ə) canı onun əlindədir. Atamdan eşitmişəm ki, buyurub: “Əmirəl-möminindən (ə) eşitmişəm ki, hər kim Şəban ayında Peyğəmbərin (s) məhəbbətini cəlb etmək və Allaha yaxın olmaq üçün oruc tutarsa, Allah onu sevər. Qiyamət günü Öz kəramətini ona nəsib edər. Behişti onun üçün vacib edər””. İmam Əli (ə) buyurur: “Şəban ayında Peyğəmbərin (s) carçısının car çəkdiyi zamandan bəri, Şəban ayının orucu məndən qəza olmayacaqdır o zamana qədər ki, sağam. Allahın izni ilə məndən qəza olmayacaqdır”. Həzrət Peyğəmbər (s) buyurur: “Bu ayı ona görə Şəban adlandırırlar ki, möminlərin ruzisi onda bölünər. Bu ay – elə aydır ki, əməl bir neçə qat artrar. Yaxşı iş 70 qat səmərə verər”. “Buharul-ənvar”da oxuyuruq ki, Allah bu ayda Öz müqəddəs zatına and içmişdir ki, hər kim bu ayda Ona pənah apararsa və Ondan istəyərsə, Öz rəhmətindən onu məhrum etməz. /Deyerler.org/ Oxşar xəbərlər
|