Batini zəkat nədir?
Zəkat ancaq İslam dininə məxsus bir vacibat deyildir. İslam dinindən əvvəl də zəkat insanlara vacib edilmişdir. Zəkat və namaz bütün dinlərdə vacib əməl kimi tanıdılmışdır.
Bəs zəkat nədir? Zəkat firuid-dinin bir hissəsi olub, insanın əmək sərf edərək, müəyyən həddə mənfəət əldə etdiyi şeylərə aid edilir. O cümlədən torpaqdan əldə etdiyi məhsula, heyvandarlığa, zinət əşyalarına... Misal üçün, insan buğda əkir və burada zəhmətkeş əsas işi torpaq görür. Ona görə də İslam dini buyurur ki, burada torpağın səxavətindən istifadə etmisən. Ona görə də onun bir hissəsini Allah yolunda verməlisən. Əhkam buyurur ki, zəkat 9 şey üçün vacibdir: buğda, arpa, xurma, kişmiş, qızıl, gümüş, qoyun, inək və dəvə. Bəs batini zəkat nədir? Batini zəkat odur ki, din qardaşının ehtiyacı olan şeyləri öz malın saymayasan və özünü o qardaşdan üstün hesab etməyəsən. Bəlkə daima onu özündən üstün tutasan. Ona görə də insanlara edilən hər bir maddi xidmətlərin hamısı – istər qohumlara olsun, istərsə də yoxsullara – batini zəkat hesab olunur. (Beytutə) Mufəzzəl nəql edir: “İmam Sadiqin (ə) xidmətində idim və bir nəfər gəldi və sual verdi ki, malın nə qədərinə zəkat düşür? Həzrət Cəfər Sadiq (ə) ona buyurur: “Zahiri zəkat, yoxsa batini? Hansını nəzərdə tutursan?”. Deyir: “Hər ikisini də bilmək istəyirəm”. İmam (ə) buyurur: “Zahiri zəkat – hər min dirhəm üçün 25 dirhəm edir. Ancaq batini zəkat odur ki, din qardaşının daha çox ehtiyacı olan şeyləri özününkü saymayasan (öz mülkiyyətində bilməyəsən) və özünü ondan üstün bilməyəsən. Bəlkə onu irəli verəsən”. /Deyerler.org/ Oxşar xəbərlər
|