Əgər dil və ya göz insanı harama vadar edərsə...
Mьəllif: admin1
Tarix: 12-04-2019, 18:40
Əgər dil və ya göz insanı harama vadar edərsə...
Ayətullah Məkarim Şirazi buyurur: “Dinimiz – dili kontrol etməyə xüsusi əhəmiyyət verən kamil dindir. Əgər insan dilini öz başına buraxarsa, dil onu məhv edər və şeytanın (lən), əmmarə nəfsin əsiri edər.

Dinimiz buyurur ki, əgər danışmaq üçün zərurət yaranmazsa, susmağı bacar. İmam Sadiq (ə) buyurur: “Sükut – fikir hüzurunun mənbəyidir”.

İmam Rza (ə) buyurur: “Dərk və ağılın nişanələri: agahlığa, səbir və sükuta malik olmaqdır. Sükut, hikmət qapılarından biridir”.

Əxlaq alimlərinin nəzərinə görə, dil – insan bədəninin bol bərəkətli, itaət və hidayətin ən təsirli vasitəsidir. Eyni zamanda ən təhlükəli üzvdür. O yerə qədər ki, insanı 30-dan çox günaha düçar edə bilər.

Həzrət Peyğəmbər (s) buyurur: “Allah Təala Adəm övladına buyurur: “Ey Adəm övladı! Əgər dilin səni harama vadar edərsə, Mən onun qarşısını almaq üçün sənə iki dodaq vermişəm. Dodaqlarını bağla. Əgər gözlərin səni harama tərəf aparmaq istəyərsə, Mən sənin ixtiyarında göz qapağı qərar vermişəm, onları bağla””.

Bu hədis yadıma Loğmanın hekayəsini saldı. Belə ki, Loğmanın ağası ona əmr edir ki, ən yaxşı və ən pis yeməklər bişirsin. Loğman da hər dəfəsində dil bişirir və ağasına başa salır ki, dil insanı behiştlik də edə bilər, cəhənnəmlik də”. (Ayətullah Məkarim Şirazinin əxlaq dərslərindən)


(İslami saytlara istinadən)
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031