İmam Əlinin (ə) İlahi peyğəmbərlərlə (ə) müqayisəsi
Mьəllif: admin1
Tarix: 16-04-2019, 15:25
İmam Əlinin (ə) İlahi peyğəmbərlərlə (ə) müqayisəsi
Nəql edirlər ki, Əmirəl-möminin (ə) mübarək başından zərbətlənən zaman Səsəhə ibni Suhan Həzrətin (ə) yanına gəlir və deyir: “Bir müddətdir ki, bir sual zehnimi məşğul etmişdir, ancaq sizin heybətinizdən çəkindiyim üçün verə bilmirdim. O sualı verə bilərəmmi?”.

Həzrət (ə) buyurur: “Bəli”.

O, deyir: “Ya Vəli, sən fazilsən, yoxsa Adəm (ə)?”.

Həzrət (ə) buyurur: “İnsanın özünü tərifləməsi qəbahətli işdir, ancaq soruşduğun üçün deyirəm ki, Adəmə (ə) ancaq bir şeyi qadağan etmişdilər. O, həmin şeyə yaxınlaşdı və (yedi). Bir çox şeyləri mənə mübah ediblər, ancaq mən onlara yaxınlaşmadım.

Soruşur: “Sən fazilsən, yoxsa Nuh (ə)?”.

Həzrət (ə) buyurur: “Nuh (ə) öz qövmünə pis dua edir və mən isə etmədim. Nuhun (ə) oğlu kafir idi və mənim oğlanlarım isə – behişt cavanlarının seyyididirlər”.

Soruşur: “Sən fazilsən, yoxsa Musa (ə)?”.

Buyurur: Allah onu risalət üçün Fironun yanına göndərir. Deyir ki, mən öldürülməkdən qorxuram, çünki onlardan birini öldürmüşəm. Qardaşım Harun da mənimlə gəlsin. O zaman ki, Peyğəmbər (s) mənə əmr etdi ki, Bəraət surəsini Məkkə əhli üçün oxuyum – mən qorxmadım və getdim. Onlar üçün oxudum və onları hədələdim.

Soruşur: “Sən fazilsən, yoxsa İsa(ə)?”.

Buyurur: “Məryəm (s.ə) Beytul-müqəddəsdə idi və doğum zamanı gələndə ona bir səs gəlir ki, buradan çıx ki, ibadət yeridir, nəinki doğum yeri. Anam mənə Kəbədən kənarda hamilə qalmışdır və səs gəlir ki, Kəbəyə daxil ol və mən Kəbənin daxilində dünyaya gəlmişəm”.

Deyir: “Düz deyirsən, ya Əmirəl-möminin!”.

Təbii ki, Əmirəlmöminin (ə) kimi kamillik zirvəsi, özünü tərifləməkdən tam uzaqdır. Lakin, o Həzrətin (ə) şəhadətindən sonra insanların düzgün seçim etməsi, İmam Əlini (ə) tanıması, yoldan azmaması üçün, Əmirəlmöminin (ə) özünü tanıtdırmağa məcbur olur.

Allah Təala bizləri o Həzrətin (ə) ardıcıllarından qərar versin!




/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031