Namazın bərzəx və axirətdə insana təsirləri
Namaz – müqəddəs dinimizin sütunudur. Adətən namazın dünyadakı təsirləri barəsində çox sözlər deyirik. Lakin onun axirət əclərini unuduruq.
Halbuki, bu nurani əməlin axirətdə çox böyük savabları olacaq və sahibinə ancaq xeyir və bərəkət gətirəcəkdir. Namazın bərzəxdəki xeyirləri: 1. Bərzəx qorxusunu aradan aparar. Həzrət Peyğəmbər (s) buyurur: “Namaz, ağ simalı insan cildində meyitin qəbrinə daxil olacaq və onunla danışacaqdır. Bərzəx qorxusunu ondan uzaqlaşdıracaqdır”. 2. Qəbirdə insanın münisi olar. Həzrət Rəsuli-Əkrəm (s) buyurur: “Namaz (namazqılan üçün) qəbirdə onun münisi, altına sərilən xalçası, Nəkir və Münkərə namazqılanın cavabı olacaqdır”. 3. Mələklər qəbirdə insanla görüşərlər. Həzrət Peyğəmbər (s) buyurur: “O kəs ki, camaat namazında iştirak etmək üçün məscidə tərəf gedər, Allah Təala onun atdığı hər addıma görə ona 70 min həsənə mükafat verəcəkdir. Həmin miqdarda, dərəcəsi yuxarı qalxacaqdır. Əgər belə halda ölərsə, Allah 70 min mələyi məmur edər ki, qəbirdə onun görüşünə getsinlər və ona müjdə versinlər. Qəbrin tənhalığında onun münisi olsunlar və Qiyamətə qədər onun üçün bağışlanma istəsinlər”. 4. Qəbir əzabından nicat tapar. İmam Baqir (ə) buyurur: “O kəsin ki, rükusu kamil olar, heç bir zaman qəbir dəhşətinə məruz qalmaz”. Namazın axirətdəki xeyirləri: 1. Namaz – axirət azuqəsidir. Həzrət Peyğəmbər (s) buyurur: “Namaz – möminin dünyada axirəti üçün azuqəsidir”. 2. Behiştə daxil olmaq amili. İmam Sadiq (ə) buyurur: “Həqiqətən, sizin Allahınız mehribandır. Az əməli tərif edər. Nə zaman insan Allah üçün iki rükət namaz qılarsa, Allah o namaza görə onu behiştə daxil edər”. 3. Hesabsız behiştə daxil olmaq vasitəsi. Həzrət Peyğəmbər (s) buyurur: “Allah Təala buyurur: “Mən bəndəmə görə öhdəçilik götürürəm ki, əgər namazını vaxtında yerinə yetirsə, Mən ona əzab verməyəcəyəm və hesab vermədən behiştə daxil edəcəyəm””. 4. Axirətin zinətidir. İmam Sadiq (ə) buyurur: “Allah Təala sərvət və övladları dünya zinəti hesab etmişdir. Ancaq insanın gecənin sonunda qıldığı 8 rükət namaz – axirətinin zinətidir”. /Deyerler.org/ Oxşar xəbərlər
|