3 şey Allahın xüsusi inayətindəndir
Mьəllif: admin1
Tarix: 19-04-2019, 16:55
3 şey Allahın xüsusi inayətindəndir
Qurani-Kərimdə namazın adı 112 dəfə çəkilmişdir ki, onların 17-si gecə namazına aid olmuşdur.

Nafilə ibadətləri arasında gecə namazının yeri bir başqadır. Bu namaz başqalarına müstəhəb olduğu halda, Həzrət Peyğəmbərə (s) vacib edilmişdir. Bu da həmin namazın əhəmiyyətindən xəbər verir.

“Və gecənin bir hissəsini onun üçün – (yalnız) sənə əlavə bir vəzifə olan (Qur’an oxumaq və gecə nafiləsini qılmaq) üçün oyaq qal ki, bəlkə Rəbbin səni tərifə layiq bir məqama (şəfaət məqamına) qaldırsın”. (“İsra” 79).

İmam Sadiq (ə) buyurur: “Gecə namazı simanı gözəl, əxlaqı yaxşı, iyi xoş, ruzini çox edər və borcun əda olmasına səbəb olar. Qəmi aradan aparar və gözləri cilalayar”.

Bu hədis buyurur ki, gecə ibadətinin insan ruhuna və canına xüsusi təsiri vardır ki, başqa müstəhəb əməllərin bu qədər təsiri yoxdur.

Həzrət Peyğəmbər (s) Cəbrayilə (ə) buyurur: “Mənə nəsihət ver!”.

Cəbrayil (ə) deyir: “Ya Muhəmməd (s)!

Hər nə qədər istəsən ömür sür – nəhayət öləcəksən.

Hər nəyə istəsən ürək bağla – ancaq bil ki, ondan ayrılacaqsan.

Hər əməli istəsən yerinə yetir – ancaq bil ki, əməlini görəcəksən.

Bil ki, möminin üstünlüyü – gecə namazı qılmaqda və izzəti – insanların abrını aparmaqdan özünü saxlamaqdadır”.

Həzrət Peyğəmbər (s) buyurur: Hər kim gecə namazı qılar – gündüzləri abırlı həyat sürər”.

İmam Sadiq (ə) buyurur: “Üç şey Allahın xüsusi inayətindəndir: namaz və gecə ibadəti, oruc tutanın orucunu açması, qardaşların görüşməsi.

Gecə namazı gündüzün günahlarını aradan aparar”.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031