Günün hədisi: Təqva ilə şəxsiyyətin əlaqəsi
Mьəllif: admin1
Tarix: 23-04-2019, 10:50
Günün hədisi: Təqva ilə şəxsiyyətin əlaqəsi
İmam Əli (ə):

مَنْ احَبَّ الْمَكارِمَ اجْتَنَبَ الَمحارِمَ

“Şəxsiyyət sahibi olmaq istəyən şəxs haramlardan (günahlardan) çəkinməlidir.”

(“Biharul-ənvar”, 74-cü cild, səh.419.)

Qısa izah:

Bəzi rəvayətlərdə insanın abır-həyasını aparan və şəxsiyyətini azaldan bəzi günahlardan söz açılsa da, bu dünyada izzət, şəxsiyyət və abır-heysiyyətin təqvalı insanlara məxsus olduğunu aşılayan rəvayətlərin də sayı az deyildir. Allah-Taala buyurur:

وَلِلَّهِ الْعِزَّةُ وَلِرَسُولِهِ وَلِلْمُؤْمِنِينَ

“İzzət və qüdrət Allaha, Onun Rəsuluna və möminlərə məxsusdur.” (“Münafiqun” surəsi, ayə 8.)

Qeyd etdiyimiz rəvayət də mömin və təqvalıların izzət və şəxsiyyətindən, günahlardan çəkinmək və Allaha itaət sayəsində ictimai mövqe qazanmaqdan söz açılır.

Başqa sözlə, din yalnız axirət aləmi üçün deyil, dünya üçün də faydalıdır. Məsələn, yalan danışan insan yalanlarını nə qədər gizlətsə də, nəhayət, bir dəfə onun üstü açılaraq rüsvay olacaq və günah nəticəsində rüsvay olduqdan sonra camaat artıq ona etimad etməyəcək. Demək, təqva və pərhizkarlıq dünya və axirətdə səmərəli bir ağacdır.

Yeri gəlmişkən, qeyd etməliyik ki, təqva adlı fidan da hər gün suvarılmağa və nəzarətə ehtiyaclıdır, yoxsa, solub aradan gedər. Odur ki, gecə və gündüz tövbə etmək lazımdır. İnsan evdən çıxdıqda, özünü Allaha tapşırmalı və daim öz üzvlərini nəzarət altında saxlamalıdır.


(Maide.az)
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031