Mənim vasitəmlə bəla və fitnələr Əhli-Beyt (ə) davamçılarından dəf olar – İmam Zaman ağanın (ə.f) buyuruşları
Mьəllif: admin1
Tarix: 24-04-2019, 23:54
Mənim vasitəmlə bəla və fitnələr Əhli-Beyt (ə) davamçılarından dəf olar – İmam Zaman ağanın (ə.f) buyuruşları
İmam Məhdi Sahibəz-Zamanın (ə.f) nurani buyuruşlarına diqqət edək. İmam Zaman ağa (ə.f) buyurur:

“Sizin bütün hal və xəbərlərinizə agahlığımız vardır. Sizin xəbərlərdən heç biri bizdən gizli deyildir”.

“Biz sizin halınıza riayət etməkdə səhlənkarlıq etməmiş və sizi yada salmağı unutmamışıq. Əgər belə olsaydı, giriftarlıqlar sizə üz tutar, düşmənlər sizin kökünüzü kəsərdilər. Ona görə də İlahi təqvaya riayət edin və bizə dəstək olun”.

“Bizə dostluq və məhəbbətdə öz hədəf və niyyətinizi, sünnətə və İlahi əhkamı yerinə yetirməkdə qərar verin”.

“Dünyanın fənası yaxınlaşmaqdadır və (dünya) vida halındadır. Mən sizi Allaha, Peyğəmbərinə (s), Quranına əməl etməyə, batili məhv etməyə, sünnəti dirçəltməyə dəvət edirəm”.

“Hadisələr baş verən zaman bizim hədislərimizi nəql edənlərə müraciət edin, çünki onlar – mənim sizin üzərinizdə olan hüccətlərimdir. Mən də onların üzərində olan Allahın hüccətiyəm”.

“Peyğəmbərin (s) qızı (Həzrət Zəhra (s.ə)) – mənim üçün gözəl örnək və nümunədir”.

“Qeybim zamanı məndən faydalanmaq – buludların gözlərdən gizlətdiyi günəşdən istifadə etmək kimidir”.

“Həqiqətən o kəs ki, sənin din qardaşlarının haqqında İlahi təqvaya riayət edərsə və boynunda olan maddi haqqı sahiblərinə çatdırarsa – insanı batilə tərəf çəkən fitnələrdən və sizə kölgə sala bilən zülmətli hadisələrdən amanda olar. O kəs ki, simiclik edər və Allahın əmanət olaraq ixtiyarına qoyduğu nemətlərdən sahiblərinə verməzsə – dünya və axirətdə ziyankarlardan olar”.

“Əgər Əhli-Beyt (ə) davamçılarının qəlbi əhdlərinə vəfa etməkdə bir olsaydı, heç bir zaman bizim onlarla görüşümüz təxirə düşməzdi. Bəlkə bizimlə görüşmək səadəti daha tez həyata keçərdi. Onların bəyənilməyən işləri, bizi onlardan məhbus edir”.

“Heç bir şey namaz kimi şeytanın burnunu torpağa sürtməz və onu zəlil etməz”.

“Mən o kəsəm ki, bu Zülfüqar qılıncı ilə zühur və qiyam edəcəyəm və Yer kürəsini, zülmə bürünəndən sonra, ədalətlə dolduracağam”.

“Mən Peyğəmbərin (s) son vəsisiyəm. Mənim vasitəmlə bəla və fitnələr Əhli-Beyt (ə) davamçılarından və tanışlardan dəf olar”.

“Hər namazdan sonra şükür səcdəsi etmək – ən lazımlı və ən zəruri sünnətlərdəndir”.

“Allah bizimlədir və ona görə də başqasına ehtiyacımız yoxdur. Haqq bizimlədir və hər kim bizdən üz çevirər – ondan qorxumuz yoxdur”.

“Agah olun ki, Yer kürəsi heç bir zaman İlahi hüccətdən boş olmayacaqdır. İstər zahir və aşkarda olsun, istərsə də gizlində”.

“Əgər mənəvi kamal istəyində olsan, hidayət olacaqsan. Əgər tələb etsən, əldə edəcəksən”.

“Fərəcin tezləşməsi üçün çoxlu dua edin ki, onda sizin çətinlikləriniz həll olacaqdır”.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031