İzzətlə olan zəhmət, yoxsa zillətlə olan zənginlik?
İki qardaş vardı ki, onlardan biri şaha xidmət edirdi. Həyatı xoş keçirdi. Ancaq o biri qardaşı öz əlinin zəhməti ilə qazancını əldə edir və əziyyət içində yaşayırdı.
Bir gün zəngin olan qardaşı zəhmətkeş qardaşına deyir: “Niyə şaha xidmət etmirsən ki, bu qədər əziyyətdən xilas olasan?”. Zəhmətkeş qardaşı deyir: “Bəs sən niyə zəhmət çəkmirsən ki, şaha xidmət etməyin zillətindən nicat tapasan?”. Aqillər deyir: “Zəhmətlə öz çörəyini yemək, şaha xidmət üçün belinə qızıl kəmər taxmaqdan daha yaxşıdır”. /Deyerler.org/ Oxşar xəbərlər
|