Möminə xanımın geyimdə riayət etməli olduğu 5 nöqtə
Möminə xanım deyildikdə iffət, həya və hicab nümunəsi olan xanımlar nəzərdə tutulur. Bu qadınlar özlərini naməhrəmdən qoruyar və Allahın razılığını əldə etməyə cəhd edərlər.
Belə xanımlara bəzi tövsiyələr verilir ki, onlarla tanış olaq: 1. Əmin olunan paltar. Möminə qadın elə paltar geyinməlidir ki, onu hər şəraitdə - istər küləkdə, istərsə də yağışda naməhrəmlərin haram baxışlarından qoruya bilsin. Əmirəl-möminin (ə) nəql edir: “Mən və Peyğəmbər (s) küləkli və yağışlı bir havada Bəqidə əyləşmişdik və ulağa əyləşən bir qadın oradan keçirdi. Uzunqulağın başı çuxura düşür və qadın yerə yıxılır. Peyğəmbər (s) üzünü çevirir. Orada olanlar deyirlər: “Ey Allahın Rəsulu! O qadın şalvar geyinmişdir”. Həzrət (s) üç dəfə buyurur: “Allahım! Şalvar geyinən qadınları bağışla! Ey insanlar! Şalvar geyinin və qadınlarınızı bayıra çıxan zaman şalvarla qoruyun””. 2. Şöhrət libası geyinməmək. Dinimizin elə şərtləri vardır ki, qadınla kişi arasında müştərəkdir. Hər ikisi də bu şərtə əməl etməlidirlər. Bu şərtlərdən biri də şöhrət libasıdır. Peyğəmbər (s) iki cür paltar geyinməyi qadağan etmişdir: şöhrət paltarı və ürfdə pis sayılan paltar. 3. Nazik paltardan çəkinmək. Nəql edilir ki, Aişənin bacısı Əsma Peyğəmbərin (s) evinə gəlmişdi və bədənində nazik paltar vardı. Peyğəmbər (s) onu görən kimi üzünü çevirir və buyurur: “Ey Əsma! O zaman ki, qadın həddi-büluğa çatar, onun bədənində nəyinsə görünməsi yaxşı deyildir”. 4. Dar paltardan çəkinmək. Dinimiz buyurur ki, qadının paltarı o həddə dar olmalı deyildir ki, onun bədəninə tamamilə yapışsın və bədəninin formasını nümayiş etdirsin. 5. Paltarın rəngi. Mömin xanım elə rənglərə üstünlük verməlidir ki, diqqəti cəlb etməsin. Tarixə nəzər salan zaman görmək olur ki, ənsardan olan qadınların baş örtüyü adətən qara rəngdə olardı və Peyğəmbər (s) bu rəngin əleyhinə heç bir söz deməmişdir, sükut etmişdir. Onun bu sükutu o deməkdir ki, həmin rəngi qadınlar üçün bəyənmişdir. Hər bir halda mömin xanım, paltarının rəngini elə seçməlidir ki, diqqəti cəlb edən olmasın. (Deyerler.org) Oxşar xəbərlər
|