Bu beş işi et, sonra hansı günahı istəsən, yerinə yetir
Mьəllif: admin1
Tarix: 25-04-2023, 11:21
Bu beş işi et, sonra hansı günahı istəsən, yerinə yetir
Bir nəfər İmam Hüseynin (ə) xidmətinə çatır və deyir ki, mən günahkar bir insanam. Özümü günahdan qoruya bilmirəm. Ona görə də sizin nəsihətinizə ehtiyacım vardır.

İmam (ə) buyurur: “Bu beş işi gör və sonra nə qədər istəsən, günah et!

1. Allahın ruzisini yemə və hər günahı istəsən, yerinə yetir!

2. Allahın hakimiyyətindən xaric ol və hər günahı istəsən, yerinə yetir!

3. Elə yer tap ki, Allah səni tapa bilməsin, sonra hansı günahı istəsən, yerinə yetir!

4. O zaman ki, ölüm mələyi sənin canını almaq üçün gələcəkdir, bacarsan, onu özündən uzaqlaşdır və sonra hansı günahı istəsən, yerinə yetir!

5. O zaman ki, cəhənnəmin maliki səni cəhənnəmə daxil edər, əgər imkanın varsa, daxil olma və sonra hansı günaha meyil etsən – onu yerinə yetir!”.
(Deyerler.org)
Oxşar xəbərlər
«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031