Günün hədisi: Səxavət zirvəsi
Mьəllif: admin1
Tarix: 27-04-2019, 10:18
Günün hədisi: Səxavət zirvəsi
İmam Əli (ə):

غايَةُ الْجُودِ انْ تُعْطى مِنْ نَفْسِكَ الَمجْهُودَ

“Səxavətin sonu (zirvəsi) gücü qədər başqalarına bəxşiş etməkdir.”

(“Mizanul-hikmət”, fəsil 633, hədis 2977.)

Qısa izah:

Varlıq aləmində mövcud olan bütün varlıqlar zatən və təbiətcə səxavətlidir və sahib olduqlarını başqalarının ixtiyarında qoyurlar. Onlardan parlaq günəşi misal göstərə bilərik.

Günəş daim işıq, enerji və istiliyini varlıq aləminə bəxş edir və bu bəxşişin nəticəsində, hər gün onun çəkisi üç yüz milyon ton azalır! Bununla belə, bu bərəkətli varlıq yanan şam tək kainatı işıqlandırır.

Kainatın ən üstün və şərəfli varlığı və bütün varlıq aləminin yaranış məqsədi, mələklərdən üstün və yer üzündə Allahın xəlifəsi və nümayəndəsi olan insan da bu ümumi qanunla uzlaşaraq başqalarını sahib olduğu imkanlardan məhrum etməməli və kainatın səxavətli mövcudlarının rənginə boyanmalıdır.

Görəsən, Allahdan hər bir şey istəyən, istəklərinə nail olmaq istəyən və istəklərinin yerinə yetirilməsinə ümidvar olan insanın paxıllıq etməsi və başqasının hacətinə cavab verməməsi rəvadırmı?

Qeyd etdiyimiz hədisdə tövsiyə olunur ki, insan varlıq nizamı ilə həmahəng hərəkət etməli, gücü çatacaq qədər başqalarına yardım əlini uzatmalıdır.

Səxavət və bəxşinin dünya və axirətdə mühüm təsirləri var və onun mənəvi təsirləri o qədər genişdir ki, hətta imansız səxavətli insanların cəhənnəm odundan nicat tapması mümkün olsun!

Peyğəmbəri-Əkrəmdən (s) Hatəm Tayinin oğlu Üdeyyə belə buyurduğu nəql olunur:

دُفِعَ عَنْ ابيكَ الْعَذابُ الشَّديدُ لِسَخاءِ نَفْسِه

“Atandan səxavətinə görə şiddətli əzab götürüldü.” (“Biharul-ənvar”, 68-ci cild, səh.354.)

Səxavətlə bağlı söz çox olsa da, lakin qeyd etdiklərimizlə kifayətlənirik; bu ümidlə ki, biz də digər varlıqlar kimi başqalarını öz imkanlarımıza şərik edək!

(Maide.az)
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031