Şücaətin ən üstün mərhələsi hansıdır? Ona kimlər çata bilir?
Mьəllif: admin1
Tarix: 28-04-2019, 10:30
Şücaətin ən üstün mərhələsi hansıdır? Ona kimlər çata bilir?
Şücaət və igidlik şiddətinə görə bir neçə dəstəyə bölünür ki, onlarla tanış olaq.

Şücaətin birinci mərhələsi. Bu, düşmənə müharibə meydanında qalib gəlməkdir. Allah Təala bu haqda buyurur:“Peyğəmbərləri onlara dedi: «Həqiqətən, Allah Talutu sizə hökmdar göndərdi».

Dedilər: «Şübhəsiz, Allah onu sizin üzəriniz(d)ə (hökmranlıq etmək üçün) seçib və ona artıq elm və cismani güc verib»”. (“Bəqərə” 247).

Şücaətin ikinci mərhələsi. Bu, əmmarə nəfsə qalib gəlmək və ona hakim olmaqdır. Həzrət Peyğəmbər (s) buyurur: “Ən şücaətli insan o kəsdir ki, havayi-nəfsinə hakim olsun”.

Şücaətin üçüncü mərhələsi. Bu, dünyanın eniş və yoxuşlarında olan çətinliklərə qalib gəlməkdir. Belə ki, Quran bu haqda buyurur: “Məgər insanlar «İman gətirdik» - demələri ilə onlardan əl çəkilib (əməlləri ilə daha) imtahan olunmayacaqlarınımı sanırlar?!

Şübhəsiz, (biz) onlardan əvvəlkiləri (Öz cari sünnəmizə uyğun olaraq onların qarşısına vəzifələr qoyaraq) imtahan etmişdik.

Beləliklə Allahın əzəli elmi düz danışanlar barəsində də həyata keçər, yalançılar barəsində (də) həyata keçər. Və düz danışanların doğruluğu və yalançıların yalanı aşkar olunar”. (“Ənkəbut” 2-3).

Yəni, nemət zamanı şükür etməyi bacarar, bəla zamanı isə səbir edər və Allaha təvəkkül edər.

Şücaətin dördüncü mərhələsi. Bu məqamdan daha uca məqam yoxdur. Bu, nəfsində olan rəzil sifətləri öldürüb, fəzilətli sifətlərə bürünməkdir.

Əgər Allahın xüsusi rəhməti bizə şamil olmasaydı, heç birimiz pak və pakizə ola bilməzdik. Allah hər kimi istəyərsə ucaldar və pak edər.

“Nəfsini (etiqad və əxlaq kamallarında) təkamülə çatdıran və (fikir və nəfs pisliklərindən) onu təmizləyən kəs şübhəsiz, nicat tapmışdır!

Və (nəfsini) pisliklərə bulaşdırıb cəhalət, küfr və pozğunluq pərdəsi altında gizlədən kəs, şübhəsiz, ziyana uğramışdır!”. (“Şəms” 9-10).

Allah Təala aqibətimizi xeyirli etsin!
(Deyerler.org)

Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031