“Əsr” surəsində işarə edilən insan kimdir?
Rəhmətlik İmam (r) “Əsr” surəsinə maraqlı təfsir vermişdir. O, buyurur: “Əsr – kamil insandır, yəni İmam Zaman ağadır (ə.f).
Yəni, bütün varlıqların özəyidir. And olsun bütün varlıqların özəyinə! Yəni, and olsun bu kamil insana! Burada adı çəkilən insan – o adi varlıqdır ki, bir başı, iki əli və iki ayağı vardır. Bu surə bizlərə xitab edir, yəni insanlara. Baş adətən iki yola baxar. Yolun biri – insanlıq yolu olan Siratül-müstəqimdir. Siratul-müstəqimin isə başı bir tərəfdən təbiətə baxar. Bir tərəfdən isə uluhiyyətə. Bu düz yol ələqdən başlayar. Burada mühüm olan şey – iradədir. İradənin başının bir hissəsi təbiətə baxar, bir hissəsi uluhiyyət məqamına. Ona görə də insan təbiətdən başlayar, məndə və səndə olmayan şeyə qədər çatar. Məndə və səndə olmayan şey isə – alçaqlıq və zəlillikdir”. (Deyerler.org) Oxşar xəbərlər
|