Alim və müəllimin 3 nişanəsi
Cəmiyyətin ən fəzilətli peşələrindən biri – müəllimlikdir. Müəllim, təlim və tərbiyə yolu ilə insanları kamala doğru hidayət etdirər və tərəqqi etdirər. Eşq və imanı pak insanların qəlbində həkk etdirər.
Mübarək dinimizin müəllim barəsindəki nəzərlərinə diqqət edək. Allah Təala buyurur: “O, həmin Allahdır ki, insanlar arasında dərs oxumamış peyğəmbəri məbus etmişdir ki, ayələrini onlara oxusun və onları islah etsin. Kitabı və hikməti öyrətsin”. Həzrət Peyğəmbər (s) buyurur: “Hər kimdən bir hərf öyrənsən, onun qulu olarsan”. Həzrət Rəsuli-Əkrəm (s) başqa yerdə buyurur: “Məndən sonra sizlərin ən çox bağışlayanı o kəsdir ki, elm öyrənsin və sonra elmini yaysın”. İmam Səccad (ə) buyurur: “Əgər müəllim, müəllimlik vəzifəsini bilər və ona əməl edərsə, Allah elm nemətini onun üçün daha çox edər”. Həzrət Peyğəmbər (s) buyurur: “Mən müəllim seçilmişəm”. İmam Baqir (ə) buyurur: “Elmin zəkatı – onu Allah bəndələrinə öyrətməkdir”. Həzrət Peyğəmbər (s) buyurur: “Allahım! Müəllimləri bağışla! Ömürlərini uzun və ruzilərini bərəkətli et!”. Həzrət Peyğəmbər (s) buyurur: “O kəs ki, elm ardınca gedər, bu əməli keçmiş günahlarının kəffarəsi olar”. İmam Əli (ə) buyurur: “Atana və müəlliminə ehtiram əlaməti olaraq yerindən qalx, baxmayaraq əmir belə olsan”. İmam Sadiq (ə) buyurur: “Elm öyrəndiyiniz insanın qarşısında təvazökar olun”. İmam Səccad (ə) buyurur: “Müəlliminin sənin üzərində haqqı odur ki, onu böyük tutasan və möhtərəm hesab edəsən, sözlərinə diqqətlə qulaq asasan”. İmam Əli (ə) buyurur: “Alim və müəllimin üç nişanəsi vardır: 1. Elmi və baxışı. 2. Mülayimliyi və səbri. 3. Sükut və vüqarı”. (Deyerler.org) Oxşar xəbərlər
|