İlahi qonaqlığa dəvət olunmuşuq – qəflətdə olmayaq!
Mьəllif: admin1
Tarix: 28-03-2023, 10:35
İlahi qonaqlığa dəvət olunmuşuq – qəflətdə olmayaq!
“Ramazan ayı insanların bələdçisi, aşkar hidayət dəlillərinə malik və (haqq ilə batili bir-birindən) ayıran Qur’anın nazil olduğu bir aydır. Buna görə də sizdən bu ayı görən (öz vətənində olan) kəs, onu (o ayı) oruc tutmalıdır”. (“Bəqərə” 185).

Bütün müsəlmanlar bu mübarək ayda İlahi qonaqlığa dəvət olunarlar. Bu, elə qonaqlıqdır ki, dünyada olan heç bir qonaqlıqla müqayisə oluna bilməz.

Bu, elə qonaqlıqdır ki, insan ruhu yüngüllük və sevinc hiss edər və onu sözlə təsvir etmək mümkün deyildir. Bu, elə qonaqlıqdır ki, Allah behiştin bütün qapılarını bəndələrinin üzünə açar və cəhənnəmin qapılarını bağlayar.

Belə ki, Həzrət Peyğəmbər (s) buyurur: “Ramazan ayının hilalı görünən kimi cəhənnəmin qapıları bağlanar və behiştin qapıları açılar. Şeytanlar zəncirə vurularlar”.

Allahın bu İlahi ziyafətə dəvəti – ən dəyərli nemətlərdəndir. Əgər kimsə bu səma dəvətinə müsbət cavab verə bilməsə, Yer üzündə olan ən bədbəxt insan olar. Peyğəmbər (s) bu haqda buyurur: “Bədbəxt o kəsdir ki, bu böyük ayda Allahın bağışlanmağından məhrum olar”.

İnsan hər bir qonaqlığa gedən zaman səliqəli geyinər və özünə ətir vurar. Ancaq bu qonaqlıqda Allah istəyir ki, insanlar İlahi rəngə boyansınlar. İlahi əxlaq və sifətlərə malik olsunlar. “Kimin boyaqçılığı Allahınkından gözəldir? Biz – Ona ibadət edənlərik”. (“Bəqərə” 138).

Bu, elə aydır ki, hər bir xeyir işin bir neçə qat əcri olar. Allah bu mübarək ayda sədəqə verməyi tövsiyə edir. Hər kim bu mövzuya qarşı etinasız olar, Allah onu məzəmmət edər.

“(Onlara üz tutaraq soruşarlar:) «Sizi Cəhənnəmə daxil edən nədir?». Deyərlər: «Biz namaz qılanlardan deyildik. Fəqirə və yoxsula təam verməzdik”. (“Muddəssir” 42-44).

Bu mübarək ayda kiçiklərə və böyüklərə hörmət etməyi unutmayın. “Böyüklərə hörmət edin və kiçiklərə rəhm edin, sileyi-rəhm edin”.

Sileyi-rəhm o əməllərdəndir ki, dinimiz həmişə onu tövsiyə etmiş və uzun ömrün eksiri kimi tanıtmışdır.

Həzrət Peyğəmbər (s) buyurur: “Yerində verilən sədəqə, yaxşılıq, ata və anaya yaxşılıq, sileyi-rəhm – bədbəxtliyi xoşbəxtliyə çevirər, ömrü uzadar və pis ölümün qarşısını alar”.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031