Həzrət Xədiceyi-Kubranın (s.ə) dünyadan köçdüyü gecədir
Mьəllif: admin1
Tarix: 22-03-2024, 14:59
Həzrət Xədiceyi-Kubranın (s.ə) dünyadan köçdüyü gecədir
Mübarək Ramazan ayının onuncu günü Xədiceyi-Kubranın (s.ə) vəfatı günüdür.

Həzrəti Xədicə (s.ə) əziz Peyğəmbərin (s) ilk həyat yoldaşı olub. O, İslamı qəbul edən ilk xanım olmaqla yanaşı, Allah Rəsuluna (s) ən yaxın insanlardan idi.

Onun bəşər tarixində yeri barədə bunu qeyd etmək kifayətdir ki, o, Xanım Fatimeyi-Zəhranın (s.ə) anası və 11 İmam (ə) nənəsidir.

İslam Peyğəmbərinin (s) bütün nəsli Xədicə xanımdandır.

Xanım Xədicə (s.ə) dünyadan köçərkən Peyğəmbərə (s) bir neçə vəsiyyət etdi. Bütün malını payladı.

Göstərdiyi saysız fədakarlıqlara baxmayaraq, Allah Peyğəmbərinə (s) buyurdu: “Ya Rəsuləllah (s), məni bağışla ki, sizin haqqınızda səhlənkarlıq etdim”.

Əvəzində Peyğəmbərimiz (s) buyurdu: “Mən səndən heç vaxt əskiklik görməmişəm. Bütün gücünü və çalışqanlığını mənim üçün etmisən, evimdə çoxlu zəhmətlərə dözmüsən, mallarını Allah yolunda bağışlamısan”.

Bu münasibətlə dünya müsəlmanlarına başsağlığı verərək ümmət xanımlarına Xanım Xədicə (s.ə) həyatından bəhrələnməni diləyirik.




/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031