Günahdan qayıdış necə olur?
Mьəllif: admin1
Tarix: 20-05-2019, 11:51
Günahdan qayıdış necə olur?
O zaman ki, Həzrət Peyğəmbərin (s) səhabələri müharibə zamanı və ya gündəlik həyatlarında müsibətə düçar olardular, deyərdilər: “Allahım! İşlərimizdə etdiyimiz günahlara, diqqətsizliklərə görə bizi bağışla”.

Bu, özü bir dərsdir və bizlərə demək istəyir ki, hər bir müsibət və bəla insan əməlinin nəticəsi sayəsində baş verər.

Ali dini Rəhbərin bu haqdakı nəzərləri ilə tanış olaq.

Rəhbər buyurur: “Ramazan ayının gündəlik dualarında oxuyuruq ki, Ramazan ayı – tövbə ayıdır, istiğfar və geri qayıtmaq ayıdır. İstiğfar – yəni Allahdan, Ona qayıtmaq üçün icazə istəmək və bağışlanma istəməkdir.

Bu istiğfar əgər düzgün yerinə yetərsə, bərəkət qapılarını insanın üzünı açar. Günah, bir cəmiyyətin ehtiyacı olan bir çox qapıları bağlayar, o cümlədən: İlahi rəhmət, İlahi nuraniyyət, İlahi hidayət, Allah tərəfindən olan tövfiq, işlərinin düyününü açmaq, müxtəlif meydanları fəth etmək qapıları kimi.

Günah bizimlə İlahi rəhmət arasında pərdə yaradar. Ancaq istiğfar və tövbə bu pərdəni kənara çəkər və aradan aparar. Bu yolla bütün qapılar yenidən bəndənin üzünə açılmış olar. Bu, istiğfarın faydasıdır.

Qurani-Kərimin bir neçə yerində istiğfarın həm dünya və həm də axirət faydalarına işarə edilmişdir. «Və öz Rəbbinizdən bağışlanmaq istəyəsiniz, sonra (tövbə edərək) Ona tərəf qayıdasınız ki, sizi müəyyən müddətədək (dünya həyatının) gözəl bəhrələrindən bəhrələndirsin və hər bir fəzilət sahibinə öz dəyərini (hər bir kamal sahibinə kamalına uyğun olaraq onun dünya və axirət kamilliklərinin mükafatını) əta etsin. Və əgər üz döndərsəniz, şübhəsiz, mən sizin üçün böyük günün əzabından qorxuram». (“Hud” 3).

Bu səbəbdən istiğfar etmək – mühüm bir əməldir”.




/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031