Öz eybini görən, başqalarının eybini axtarmaqdan uzaq olar
İmam Əli (ə) buyurur: “Eyb axtarmaq – ən çirkin eyblərdən və ən pis günahlardandır”.
İmam Əli (ə) buyurur: “Sənin üçün ən mənfur insan, ən uzaq insan o kəs olmalıdır ki, hamıdan çox insanların eybini axtarar”. İmam Sadiq (ə) buyurur: “Nə zaman görsəniz ki, bəndə başqalarının eyblərini axtarır və öz günahlarını yadından çıxartmışdır – bilin ki,İlahi məkrə giriftar olmuşdur”. Həzrət Peyğəmbər (s) buyurur: “Xoş olsun o kəsin halına ki, öz eybi, mömin qardaşlarının eybini axtarmaqdan saxlayar”. İmam Əli (ə) buyurur: “Ən üstün insan – o kəsdir ki, öz eybləri onu başqalarının eyblərini axtarmaqdan saxlayar”. İmam Əli (ə) buyurur: “O kəs ki, başqalarının eyblərini axtarmaq ardıncadır, gərək özündən başlasın”. İmam Sadiq (ə) buyurur: “İnsan üçün ən faydalı şey odur ki, başqalarından daha tez öz eyblərini islah etməyə çalışar”. İmam Əli (ə) buyurur: “Ən aqil insan o kəsdir ki, öz eyblərinə qarşı ayıq, başqalarının eyblərinə qarşı kor olar”. İmam Əli (ə) buyurur: “O kəs ki, öz eybini görər, başqalarının eybini axtarmaqdan dayanar”. İmam Əli (ə) buyurur: “Hər kim öz büdrəməsini görər, başqalarının büdrəməsi onun nəzərində kiçik olar”. (İslami saytlara istinadən) Oxşar xəbərlər
|