Fitr bayramı məğfirət bayramıdır!
Mьəllif: admin1
Tarix: 3-05-2022, 00:01
Fitr bayramı məğfirət bayramıdır!
Fitr bayramı ibadət, məğfirət və bağışlanma bayramıdır. Bu bayram özündə yaxşı səciyyələri cəmləşdirib möhkəmləndirmək, habelə özünütərbiyə etmək istəyən və il ərzində, bütün ömrü boyunca onlardan bəhrələnən hər bir müsəlman və mömin üçün məhdud zaman çərçivəsinin sonu deməkdir.

Ramazan ayında bu ilahi və şəri tərbiyə, özünüislah, aclıq və susuzluğa dözüm, nəfsani istəklər və insani şəhvətlərlə mübarizə insanda yaxşı səciyyələrin möhkəmlənməsinə səbəb olur.

Bəşər həqiqətdə həmin səciyyələr, xüsusiyyətlər və xislətlərin məcmusundan ibarətdir. Nəfsani xislətləri və ruhiyyələri gözəl olanlar bu dünyadan əlidolu köçürlər.

İbadi əməllər, ilahi təqva və insanın öhdəsindəki digər vəzifələrin əsas hikməti odur ki, insan özünü gözəl səciyyələr məcmusu ilə nuraniləşdirsin, özünü həqiqi insana çevirsin və Uca Tanrıya bənzətsin.

Ramazan ayının bərəkəti sayəsində nəfsin istəkləri ilə mübarizə aparmaq qüdrətinə sahib olan insan böyük qələbəyə nail olmuşdur və onu qoruyub-saxlamaq üçün çalışmalıdır.

Nəfsin istəklərinə uymağa, bacardığı qədər şəhvani hisslərə müsbət cavab verməyə adət edən və bu durumdan əziyyət çəkən bir insan Ramazan ayında bu adətlərə qələbə çala bilər. Bəşərin bütün bədbəxtlikləri nəfsin istəklərinə uymağın nəticəsidir.

Zülmlər, fırıldaqlıqlar, namərdliklər, ədalətsizliklər, zalimanə müharibələr, fasid quruluşlar və xalqların zülmə əyilməsi, bütünlüklə, nəfsani istəklərə uymaq və nəfsin istəkləri müqabilində təslim olmaqdan nəşət tapır.

Əgər insan nəfsin istəklərinə qələbə çalmağı bacarırsa xoşbəxtdir. Ramazan ayı insanda belə əhval-ruhiyyə yaradır.

Bayram günü Allahın ziyafət süfrəsi boyunca sizə əta etdiyi mükafatı qoruyub-saxlayın və Allahla rabitənizi möhkəmləndirin. Əmirəlmöminin Əlidən (ə) belə nəql olunur:

إِنَّمَا هُوَ عِيدٌ لِمَنْ قَبِلَ اللَّهُ صِيَامَهُ وَ شَكَرَ قِيَامَهُ

“Həqiqətən, bu bayram (Fitr bayramı) o kəslərin bayramıdır ki, Allah onların orucunu qəbul etmiş, namaz və ibadətini tərif etmişdir.”

وَ کلُّ یوْمٍ لایعْصَی اللهُ فیهِ فَهُوَ عِیدٌ

“İnsanın Allaha üsyan etmədiyi hər bir gün bayramdır.” (Nəhcül-bəlağə, qısa kəlamlar 420.)

Mənim əzizlərim! Allaha üsyan etməmək və ilahi haramlardan çəkinməklə bu günü, sabahı və il boyu bayram edin. (“Dər sayesare Rəməzan”, Ayətullah Xameneinin çıxışları, 1378/10/18.)

Fitr bayramı namazının qunutunda oxuyuruq:

أَسْأَلُكَ بِحَقِّ هَذَا الْیَوْمِ الَّذِی جَعَلْتَهُ لِلْمـُسـْلِمـِینَ عِیداً؛

“Bu günün haqqına and verib Səndən istəyirəm; bir gün ki, onu müsəlmanlar üçün bayram qərar veribsən.”

Bu günü Allah-Taala müsəlmanlar üçün bayram qərar verib; yəni bir gün ki, müsəlamlar üçün əbədi xatirədir. İnsanlar bir yerə toplaşıb bir-birilə tanış olur, günləri və həyat tərzlərini yeniləyirlər. Həmin cümlənin davamında belə oxuyuruq:

وَ لِمُحَمَّدٍ صـَلَوَاتـُكَ عـَلَیـْهِ وَ آلِهِ ذُخـْراً وَ شـَرَفَا وَ كَرامَتَا وَ مَزِیدا؛

“Bu gün Muhəmməd (Allahın salamı olsun ona və Əhli-beytinə) üçün zəxirə, şərəf, kəramət və yüksək bir məqamdır.”

Bu gün Peyğəmbərin (s) mənəvi mirasının genişləndiyi və artdığı gündür. Haçan biz İslam ümməti bü günü həqiqi mənada bayram edəcəyik? Haçan əziz Peyğəmbərimiz (s) üçün izzət və şərəf səbəbi olacağıq?!

Bu o zamandır ki, Peyğəmbərin (s) əlinin işarəsinə diqqət yetirək və onun əsasında hərəkət edək. (“Dər sayesare Rəməzan”, Ayətullah Xameneinin çıxışları, 1383/8/24.)


Maide.az
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031