Qurani-Kərimin ən mehriban ayəsi hansıdır?
Mьəllif: admin1
Tarix: 7-06-2019, 11:38
Qurani-Kərimin ən mehriban ayəsi hansıdır?
Təfsirçilərin nəzərinə görə, Qurani-Kərimin ən mehriban ayəsi – “Zumər” surəsinin 53-cü ayəsidir.

Allah Təala bu ayədə Həzrət Peyğəmbərə (s) xitab edərək buyurur: “De: “Ey Mənim (günah vasitəsi ilə) özlərinə zülm etməkdə həddi aşan bəndələrim, Allahın mərhəmətindən ümidinizi kəsməyin.

Şübhəsiz, Allah (tövbə ilə) bütün günahları (hətta şirki) bağışlayır. Çünki bağışlayan və mehriban Odur!””.

Hədislərdə oxuyuruq ki, bu ayə nazil olan zaman şeytan (lən) qəzəbindən elə fəryad çəkir ki, huşdan gedən hala düşür. Sonra deyir: “Bu ayənin nazil olması ilə mən ümidsiz və çarəsiz oldum.

Allah bu ayə ilə mənim belimi sındırdı. Çünki mən hər nə qədər insanı zəlil etmək üçün səy göstərdimsə, Allah bu ayəni nazil etməklə onların hamısına bağışlanma vədəsi vermişdir”.

Əgər bu ayəyə diqqətlə baxsaq, görərik ki, həqiqətən də Allah bu ayədə bəndələrinə bağışlanma vədəsi verməklə, mehribanlığını nümayiş etdirmişdir. (Beytutə)

Bu mübarək ayədən çıxartdığımız nəticələr:

1. Allahın bağışlanma vədəsi insanlarda elə ümid yaradır ki, bəndənin Allaha olan eşqini daha da artırır.

2. Allahın rəhməti həmişə bəndələrinin üzərindədir.

3. Allah bu ayədə bütün günahları bağışlayacağı vədəni vermişdir.

4. Bu ayədə Allah Ğəfuru-Rəhim adlandırılmışdır. Yəni, bəndələrə nazil olan bu lütf və rəhmətlər həm bağışlayan, həm də Rəhim və Mehriban Allah tərəfindəndir.




/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031