Ramazan ayından sonra bunlara əməl etmək orqanizm üçün faydalı olar
Mьəllif: admin1
Tarix: 9-06-2019, 09:09
Ramazan ayından sonra bunlara əməl etmək orqanizm üçün faydalı olar
Hər il Ramazan ayı bizə sağlam qidalanmağın yollarını öyrədir və bədənimizin həzm sisteminə istirahət verir.

Ramazan ayında oruc tutaraq, Quran oxuyaraq, dua edərək, namaz qılaraq həm cismimizi müalicə edirik, həm də ruhumuzu.

Yaxşı olar ki, bir aylıq Ramazan ayının proqramından sonra bədənimizi yükləməyək və mütəxəssislərin bu tövsiyələrinə əməl etməyə çalışaq.

1. Həftədə ən azı iki dəfə oruc tutmağa çalışaq. Tədqiqatlar göstərmişdir ki, oruc tutmaq bədən üçün, xüsusilə beyin üçün çox faydalıdır. Oruc beynin ölmüş hüceyrələrini bədəndən xaric edər və bədənə ziyan viracaq virusların qarşısını alar.

Ona görə də artıq adət etdiyimiz bu bir aylıq proqramı həftədə ən azı iki dəfə yerinə yetirməyə çalışaq və onun faydalarından istifadə edək.

2. Gün ərzində Ramazan ayında olduğu kimi, iki dəfə yemək yeyək. Çünki bədən obaşdan yeməyinə və iftara öyrənmişdir. Bədəni yükləməmək üçün biz də səhər yeməyi ilə şam yeməyi arasında fasilə saxlayaq və bu müddətdə mədəmizi yükləməyək. Qidalanan zaman isə ifratdan çəkinək.

3. Meyvələrə üstünlük verək. Meyvə elə qidadır ki, bədəndə tez həzm olunar və onu vitaminlərlə təmin edər. Ona görə də Ramazan ayından sonra bədənin vitamin ehtiyacını təmin etmək üçün meyvə və tərəvəzlərə üstünlük verək.

4. Siqarət çəkməkdən çəkinməli. Çünki bu bir ayda onu tərk etmisiniz və bu da sizə siqareti tərk etmək üçün yaxşı fürsət vermiş olar. Bacardığınız qədər siqaret çəkməyi minimum həddə salın və bədəninizi bu zəhərli adətdən xilas edin.
(Deyerler.org)


Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031