Fitnələr zamanı dəvə balası kimi ol … – İmam Əlinin (ə) dəyərli buyuruşlarından
İmam Əli (ə) Həzrət Peyğəmbərin (s) ən layiqli yetirməsi olaraq və bütün digər Məsum İmamların (ə) atası olaraq bizlərə çox dəyərli tövsiyələr vermişdir ki, onların bəzisi isə tanış olaq:
“Sizin sözləriniz sərt daşları belə yumşaldar”. “Fitnələrdə dəvə balası kimi ol ki, nə hürgücü vardır ki, ona minə bilsinlər və nə də sağılan yeri vardır ki, ondan süd sağsınlar”. “O kəs ki, gözəl miniyə minər, sonuncu qələbəni əldə edər”. “Möhtacın hacətini təxirə salma, çünki bilmirsən ki, sabah sənin başına nə gələcəkdir”. “Haqq – ağırdır, ancaq şirindir. Batil – yüngüldür, ancaq qranit daşı kimidir (yəni üzərində yeriyəndə ayaqları incidər)”. “Möminin dostu – ağlıdır. İnancı – elmi, atası – mehribanlıq və qardaşı – mülayimlikdir”. “Elminizi cəhalətə və yəqininizi şəkkə çevirməyin. O zaman ki, elmə çatdınız – əməl edin. O zaman ki, yəqini əldə etdiniz – yerinə yetirin”. “O əməldən çəkin ki, əgər ifşa olarsa, yerinə yetirəni xar edər”. “Sədaqətin ən yaxşı yolu – əhdə vəfa etməkdir”. “Heç bir miras ədəb və əxlaq qədər dəyərli və əziz deyildir”. “Ədalətin ən yaxşı yolu – məzluma yardım etməkdir”. “Layiqli müəllim o kəsdir ki, uşağın tərəqqi etmək eşqindən istifadə edər”. “Övladı öpmək – rəhmət və məhəbbətdir”. “Haqqı deyin ki, haqla məşhur olasınız. Haqqı işə salın ki, haqq əhli olasınız”. “Bir işə qərar verməzdən əvvəl məsləhət et və bir işə başlamazdan əvvəl düşün”. “Həqiqətən alimin savabı – oruc tutanın, Allah yolunda cihad edən, gecə ibadəti ilə məşğul olanın savabından daha çoxdur”. “Ən aqil insan o kəsdir ki, işin aqibətinə daha çox nəzər salar”. “Bəşər üçün ən böyük nadanlıq – özünü tanımamaqdır”. “İnsanlar üçün o şeyi istə ki, özün üçün onu istəyirsən. Başqaları ilə elə rəftar et ki, səninlə o cür rəftar edilməsini istəyərdin”. /Deyerler.org/ Oxşar xəbərlər
|