İnsanı peşman olmağa qoymayan 3 sifət
İmam Cavad (ə) buyurur: “Üç şey vardır ki, hər kim ona malik olar, peşman olmaz:
1. Tələsməkdən çəkinmək. 2. İşlərdə məsləhət etmək. 3. Bir işin qərarını verən zaman Allaha təvəkkül etmək”. Mübarək dinimiz bizə ən yaxşı və ən pis insanları tanıdır. İmam Həsən Müctəba (ə) buyurur: “İnsanlar dörd dəstədirlər: 1. O dəstə ki, əxlaqları vardır, ancaq dünyadan (bəhrələri) yoxdur. 2. O dəstə ki, dünyadan bəhrələri vardır, ancaq əxlaqları yoxdur. 3. O dəstə ki, nə (dünyadan) bəhrələri vardır, nə də əxlaqları. Onlar – ən pis insanlardırlar. 4. O dəstə ki, həm əxlaqları vardır və həm də dünyadan bəhrənirlər – onlar ən yaxşı insanlardırlar”. Bəs Qiyamət günü Allahın nəzərində olan kəslər kimlərdir? İmam Sadiq (ə) buyurur: “Qiyamət günü 4 nəfər Allahın nəzərində olar: 1. O kəs ki, satışdan peşman olan tərəfin, malını qaytarar. (Yəni, satın aldığı maldan peşman olan alıcının malını satıcı geri alar). 2. O kəs ki, qəmi qəlbdən aparar. 3. O kəs ki, qul azad edər. 4. O kəs ki, subayı evləndirər”. /Deyerler.org/ Oxşar xəbərlər
|