İmam Əlinin (ə) ədaləti xristianı necə hidayət etdi
Mьəllif: admin1
Tarix: 12-06-2024, 23:19
İmam Əlinin (ə) ədaləti xristianı necə hidayət etdi
İmam Əli (ə) hamını qanun qarşısında bərabər hesab edirdi. O cümlədən, özünü qanun qarşısında xristian ilə bərabər hesab edirdi.

Şəbi nəql edir: “İmam Əli (ə) öz zirehini xristianlardan birinin yanında tapır. Onu qazinin yanına aparır və qaziyə deyir: “Bu zireh mənimdir. Onu nə satmışam və nə də bağışlamışam”.

Qazi xristian kişiyə deyir: “Sən İmamın (ə) iddiası qarşısında nə deyirsən?”.

Xristian deyir: “Zireh mənimdir. Ancaq İmamı (ə) da yalançı hesab etmirəm”.

Qazi üzünü İmama (ə) tutur və deyir: “İddian üçün şahidiniz vardırmı?”.

İmam (ə) buyurur: “Xeyr, yoxumdur”.

Ona görə də qazi xristianın xeyirinə və İmamın (ə) ziyanına hökm çıxardır.

Xristian zirehi götürür və gedir. Bir neçə addım atır və sonra geri qayıdır.

Deyir: “Şəhadət verirəm ki, bu cür hökm vermək – peyğəmbərlərin (ə) əhkamındandır. İmam (ə) məni özü təyin etdiyi qazinin yanına apardı və qazi də onun ziyanına hökm verdi”.

Sonra həmin şəxs kəlmeyi-şəhadətləri deyərək, İslam dinini qəbul etdi və İmama (ə) dedi: “Ey Əmirəl-möminin! Bu zireh sizindir. O zaman ki, Siffeynə tərəf gedirdiniz, mən sizin ordunuzun arxasınca hərəkət edirdim. Bu zireh də sizin dəvənizdən yerə düşmüşdü. Mən də onu götürmüşdüm. Ona görə də zireh sizindir və onu geri alın”.

İmam (ə) buyurur: “İndi ki, müsəlman olmusan, zireh sənin olsun”.

Şəbi nəql edir ki, həmin xristian sonralar İmamın (ə) ordusunda vuruşurmuş.


/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031