‘Bismillahir-Rəhmanir-Rəhim’lə bağlı incəliklər
Mьəllif: admin1
Tarix: 11-06-2023, 11:01
‘Bismillahir-Rəhmanir-Rəhim’lə bağlı incəliklər
Dünya xalqları arasında belə bir adət var ki, mühüm və dəyərli işlərə möhtərəm və sevimli böyüklərin adı ilə başlayırlar. Belə bir başlanğıc işin gözəllik, bərəkət, müvəffəqiyyətlə başa çatması üçün bir səbəb sayılır.

Belələri istər doğru, istərsə də çaşqın etiqadlarına əməl edirlər. Kimi yardım üçün bütlərə və zalım hakimlərə, kimi də Allaha və Onun övliyalarına əl uzadırlar.

İlahi kitabın müqəddiməsi və başlamğıc cümləsi “Bismillahir-rəhmanir-rəhim”dir. “Bismillah” təkcə Quranın yox, bütün ilahi kitabların başlanğıcında olmuşdur.

Bütün peyğəmbərlər öz işlərinə “Bismillah”la başlamışlar. Həzrət Nuhun (ə) gəmisi tufan zamanı dəli dalğalar arasına düşdüyü vaxt Nuh (ə) öz yoldaşlarına dedi: “Süvar olun, bu gəminin hərəkəti və dayanması Allahın adı ilədir.” (Bax: “Hud”/41.)

Həzrət Süleyman (ə) Səba mələkəsini (qadın hakim) imana çağırdığı vaxt öz dəvətnaməsini “Bismillahir-Rəhmanir-Rəhim”lə başladı. (Bax: “Nəml”/30.)

İmam Əli (ə) buyurmuşdur: “Bismillah” işlərin bərəkət mayası, onu tərk etmək isə müvəffəqiyyətsizlikdir.” Həzrət “Bismillah” yazan bir kişiyə deyir: “Onu gözəl yaz.” (“Kənzul-ummal”, hədis 29558.)

Bütün işlərdən qabaq “Bismillah” demək tapşırılmışdır. Yeməkdən və yatmazdan, yazmaqdan və oxumağa başlamazdan, süvar olmazdan və yola çıxmazdan qabaq “Bismillah” demək tövsiyə edilir.

Hətta “Bismillah” deyilmədən (və Allahın adı çəkilmədən) kəsilən heyvanın əti haram sayılır. Belə görünür ki, təkallahçı insanların yeməyi də ilahi rəngdə olmalıdır.

Hədisdə oxuyuruq: “Hətta bir beyt şeir yazarkən də “Bismillah”ı unutma. Uşağa ilk dəfə “Bismillah” öyrədən şəxsin mükafatı haqqında rəvayət də var. (“Təfsiri-Burhan”, c.1, səh.43.)

Sual: Nə üçün bütün işlərdən qabaq “Bismillah” demək tapşırılmışdır?

Cavab: “Bismillah” müsəlmanlığın simvoludur. Müsəlmanın hər bir işində ilahi rəng olmalıdır. Hər hansı bir müəssisənin istehsal etdiyi bir məhsulun öz nişanı olduğu kimi, müsəlmanlığın da əlaməti var.

Bu nişan həm cüzi, həm də külli ola bilər. Məsələn, bir müəssisə istehsal etdiyi bütün qablara böyük-kiçikliyindən asılı olmayaraq, nişan vura bilər.

Dövlət idarələrinin üstünə sancılmış, dövlət məmurlarının stolu üstünə qoyulmuş, dövlətə aid gəmilərin uca bir nöqtəsində dalğalanan bayraqları da misal göstərmək olar.

“Bismillah” və incəliklər

1. “Bismillah” ilahi rəng göstəricisi, tövhid cəhətinin nişanıdır. İmam Rza (ə) buyurmuşdur: “Bismillah” insanın özünə Allah bəndəsi nişanı vurmasıdır.” (“Təfsiri-Nurus-səqəleyn”.)

2. “Bismillah” tövhid rəmzidir.

3. “Bismillah” davam rəmzidir. Çünki Allah boyasında olmayan hər bir şey fanidir. (Bax: “Qəsəs”/88.)

4. “Bismillah” Allaha eşq və Ona təvvəkkül rəmzidir. Rəhman və Rəhim olana sevgi göstərək, işimizi Ona təvəkküllə başlayaq. Onun adını çəkmək mərhəmətinin cəlb olunması səbəbidir.

5. “Bismillah” təkəbbürdən uzaqlaşma və ilahi dərgaha acizliyin izharı rəmzidir.

6. “Bismillah” bəndəlik yolunda ilk addımdır.

7. “Bismillah” şeytanın qaçması üçün bir səbəbdir. Allaha yaxın olan insana şeytan təsirsizdir.

8. “Bismillah” işlərin paklıq və sığortalanma səbəbidir.

9. “Bismillah” Allahın zikridir. Yəni “Bismillah” deyən kəs Allahı unutmadığını bəyan edir.

10. “Bismillah” insanın məqsədini açıqlayır. İnsan “Bismillah” deməklə izhar edir ki, Ey Rəbbim, hədəfim xalq, zalım hakimlər, görüntülər, həvəslər yox, yalnız Sənsən!

11. İmam Rza (ə) buyurmuşdur: “Bismillah” “ismi-əzəm”ə gözün qarası ağına yaxın olduğundan da yaxındır.” (“Təfsiri-Rəhnuma”.)

12. Surənin başlanğıcında “Bismillahir-Rəhmanir-Rəhimin” ibarəsi surədəki mətləblərin haqq və mərhəmət sahibi tərəfindən nazil olmasının rəmzidir.

13. Kitabın “Bismillahir-Rəhmanir-Rəhimlə” başlaması bildirir ki, hidayət, doğru yol yalnız Allaha üz tutmaqla gerçəkləşir.

14. Allah öz bəndələri, bəndələr isə öz məbudları ilə sözə “Bismillah”la başlayırlar.

15. İlahi kitabın “Rəhman və Rəhim” kəlmələri ilə açılması Quranın ilahi mərhəmət cilvəsinə işarə ola bilər. Necə ki, yaranışın özü və Peyğəmbərin göndərilməsi (besət) Allahın lütf və mərhəmət cilvəsidir. (“Təfsiri-nur”, Ustad Möhsin Qəraəti, 1-ci cild, “Həmd” surəsinin başlanğıcı.)


Maide.az
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031