Dünya və axirətin tərəzi ilə müqayisəsi nə məna daşıyır?
Dünya və axirət – bir-birinə təzad təşkil edən aləmlərdirlər. Onlar tərəzinin iki gözü kimidirlər. Birinin yuxarı qalxması ilə o birisi aşağı düşər.
İmam Əli (ə) buyurur: “Dünyanın acı olması – axirətin şirin olması deməkdir. Dünyanın şirin olması isə axirətin acı olması deməkdir”. İmam Səccad (ə) buyurur: “Allaha and olsun ki, dünya və axirət – tərəzinin iki gözü kimidir. O göz ki, yuxarı qalxar, o birisi aşağı düşər”. Ona görə də dünyada Allaha görə hüznlü olmaq – axirətdə sevincə səbəb olar. Dünyada Allahdan qeyrisi üçün sevinmək – axirət qəmini ardınca gətirər. O kəslər ki, qəflət və cahillik üzündən dünyada gülərlər – axirətdə ağlayacaqlar. İmam Sadiq (ə) buyurur: “Nə qədər çoxdur o kəslər ki, yersiz gülüşləri çoxdur. Qiyamət günü ağlamaqları çox olacaqdır. Nə qədər çoxdur o kəslər ki, günahlarına görə iztirabla ağlayarlar – Qiyamət günü behiştdə onların sevinci daha çox olacaqdır”. /Deyerler.org/ Oxşar xəbərlər
|