Niyə Vadius-səlam?
Mьəllif: admin1
Tarix: 13-06-2019, 13:33
Niyə Vadius-səlam?
Məsumlarımızdan (ə) bizə çatan hədislərdə oxuyuruq ki, möminlər ölən zaman ruhları Vadius-səlama gələr və oradakı möminlərin ruhlarına qovuşar.

İmam Sadiq (ə) buyurur: “Şərq və qərbdə elə bir mömin yoxdur ki, ölsün, məgər o halda ki, Allah onun ruhunu Vadius-səlamda məhşur edər”.

İmamdan (ə) soruşurlar ki, ora haradadır? Həzrət (ə) buyurur: “Kufənin arxasındadır. Agah olun ki, möminlərin ruhları orada halqa vurmuş halda əyləşərək, bir-biri ilə söhbət edərlər”.

İmam Əli (ə) buyurur: “Yerin elə bir hissəsi yoxdur ki, orada mömin ölsün, məgər o halda ki, ruhuna deyilər: Vadius-səlama qoşul. Çünki Vadius-səlam – Ədən behiştinin bir hissəsidir”.

Bu hədislərdən belə nəticəyə gəlmək olur ki, möminlərin ruhları harada olursa-olsun, Vadius-səlama gələr və başqa möminlərin ruhlarına qovuşar?

Bəs niyə Vadius-səlam?

Əgər bu hədislərə diqqətlə nəzər salsaq, görərik ki, Kufənin adı çəkilir. Kufə - o məkandır ki, çox sayda peyğəmbərlərin (ə) qəbirləri orada yerləşir. Kufə - o yerdir ki, İmam Əlinin (ə) ayaq izləri hələ də qalmaqdadır. Yəni, bütün bu möminlər və peyğəmbərlər (ə) məhz İmam Əliyə (ə) görə orada toplaşıblar.

Belə ki, rəcət bəhsində oxuyuruq ki, Həzrət Əli (ə) ilk ricət edənlərdən olacaqdır. Həmçinin peyğəmbərlər (ə) və möminlər də rəcət edəcəklər və haqq dövlətinin təşkil olmasını öz gözləri ilə görəcəklər, ona yardım edəcəklər.

Vadius-səlamın sirri bundadır ki, əgər Əmirəl-möminin (ə) və övladları olmasaydı, Bəni-Üməyyə Həzrət Peyğəmbərin (s) gətirdiyi dindən bir şey qoymazdılar. Hamısını məhv edərdilər. Bütün peyğəmbərlərin (ə) zəhmətini bada verərdilər.

Əgər İslam dini və Peyğəmbər (s) sünnəti indiyə qədər qalıbdırsa, bunların hamısı Əmirəl-möminin (ə) və onun övladlarının zəhmətləri sayəsində olmuşdur. Həzrət Zəhranın (s.ə), xüsusilə də İmam Hüseynin (ə) sayəsində olmuşdur.

Və Vadius-səlam – bu mübarəkliyin bir simvoludur.




/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031