İnsan ruhunun qalıcılığını necə anlamaq olar?
Bəşəri hələ qədim zamandan bu sual maraqlandırmışdır ki, insan ölən zaman ruhu fani olur, yoxsa cavidan qalır? Bu, dünyanın ən mühüm fəlsəfəsi suallarından biridir.
Kant bu fikirdə idi ki, fəlsəfə bürhanları ilə nəfsin cavidan olmasını isbat etmək olmaz. Ancaq insan vicdanı deyir ki, insan məhv olan deyildir, əslində qalıcı və cavidandır. Səbəbi də budur ki, insanın vicdanı daima ona əmrlər verər və onu doğru yola hidayət edər. Səhv edən zaman danlayar, yaxşı iş görəndə tərifləyər. Eyni zamanda vicdan yaxşı bilir ki, sədaqət, ədalət, doğruluq kimi əməllər bu dünyada lazımlı mükafatlandırılmır. Misal üçün, İmam Əli (ə) həmişə doğruçu və sədaqətli, ədalətli insan olmuşdur və başqalarının da belə olması üçün səy göstərmişdir. Ancaq əksinə - Müaviyyə (lən) həmişə hiyləgər, rüşvətxor, yalançı bir insan olmuş və məqsədinə çatmaq üçün hər bir yoldan istifadə etmişdir. Əgər insan nəfsi və ruhu fani olsaydı, bu halda İmam Əlinin (ə) bu fəzilətli sifətləri mükafatsız qalardı və Müaviyyə isə rəzil sifətləri ilə zahirən “uğura çatmış” olardı. Bu isə, tamamilə ədalətsiz bir vəziyyət yaradardı ki, əslində həyatın mənası olmazdı. Ancaq Allah hikmət sahibi olduğu üçün, bütün bu ədalətsizliklər onun hikmətinə ziddir. Bütün insanlar daxildə bunu hiss edir və dərk edirlər. Ancaq bəzən dilə gətirmək onlar üçün çətin olur. Ona görə də qəbul edə bilmirlər. İnsan daxilində bilir ki, məad və Qiyamət vardır, o biri dünyadan xəbər gəlməsə belə, daxilində ruhunun əbədi olduğunu bilir və buna inanır. Ona görə də Kant məhz əxlaq yolu ilə ruhun əbədi və cavidan olmağını sabit etməyə çalışmışdır. Bu da onun fəlsəfəsidir. Vicdan yolu ilə Allahı isbat edir, xeyir və şəri isbat edir. Ruhun əbədi olduğunu isbat edir. Jan Jak Russo deyir: “Qəlbin bir məntiqi vardır ki, o, məntiqin sirrini dərk etməz. Yəni, bəzən insan bəzi şeyləri vicdanı əsasında dərk edər. Ancaq bunun sirrini bilməz. Sonra deyər ki, bəli, düz deyirsən”. Paskal deyir: “Qəlbin özünəməxsis dəlilləri vardır ki, ağılın ondan xəbəri yoxdur”. Kant da məhz bunu demək istəmişdir. Məqsədi budur ki, Allahı isbat etmək üçün həmişə ağlın sorağına getməyin, çünki başqa yollar da vardır. Bu yollardan biri vicdan, yəni qəlbin dəlilləridir ki, heç bir zaman daxilində onları inkar edə bilməz və ona qarşı çıxa bilməz. Bir nəfər İmam Sadiqin (ə) yanına gəlir və deyir ki, Allahın varlığına necə inanım? Əziz İmam (ə) vicdan yolu ilə isbat etmək üçün buyurur: “Heç belə olub ki, gəmiyə minmisən?”. Deyir: “Bəli”. Buyurur: “Heç olubdirmu ki, güclü külək əssin və dənizi təlatümə gətirsin?”. Deyir: “Bəli”. Buyurur: “Həmin an hiss etmisən ki, sənə nicat verə biləcək bir qüvvə vardır?”. Deyir: “Bəli”. Buyurur: “Bu, həmin Allahdır. O zaman ki, sən bütün hər şeydən əlini üzürsən, bu, sənin vicdanındır ki, istəsən də, istəməsən də, səni məyus olmağa qoymur. Çünki belə bir şey həqiqətən sənin vicdanında vardır. Hökm edər ki, vardır”. /Deyerler.org/ Oxşar xəbərlər
|