Yoxsula sədəqəni necə vermək lazımdır?
Mьəllif: admin1
Tarix: 15-06-2022, 22:53
Yoxsula sədəqəni necə vermək lazımdır?
Qurani-Kərim yoxsullara yardım etməyin əhəmiyyətli bir iş olduğunu bir çox ayələrində bəyan etmiş və onun ədəb qaydalarını bizə tanıtmışdır.

Buyurmuşdur ki, hər kim yoxsula yardım etmək istəsə, riyadan uzaq olmalı və etdiyi yardımla həmin şəxsə minnət qoymamalıdır.

“Həmin o kəslər ki, mallarını riya və camaata göstərmək xatirinə xərcləyirlər və Allaha və axirət gününə imanları yoxdur. Yoldaş və həmdəmi şeytan olan kəs (bilsin ki,) o, çox pis bir həmdəmdir”.
(“Nisa” 38).

Həzrət Peyğəmbər (s) buyurur: “Həqiqətən, sizin üçün ən çox qorxduğum şey – kiçik şirkdir”.

Soruşurlar ki, kiçik şirk nədir?

Həzrət (s) buyurur: “Riya. Allah Təala Qiyamət günü bəndələrinin mükafatını verən zaman riyakarlara buyuracaqdır: “Siz o kəslərin yanına gedin ki, onlara riya etmisiniz. Baxın görün mükafatınız onların yanındadır?””.

Həzrət Rəsuli-Əkrəm (s) bəzi yerlərdə riyakarları müşrik adlandırmışdır. Çünki riyakar insan da müşrik kimi Allah razılığını qazanmağı düşünməz. Onun tək hədəfi – insanların diqqətini cəlb etmək və insanlar tərəfindən təriflənməsini istəməkdir.

Həzrət Peyğəmbər (s) buyurur: “O kəs ki, möminə yaxşılıq edər, sonra sözləri ilə onu incidər ya ona minnət qoyar – Allah onun sədəqəsini batil edər”.

Bu səbəbdən yoxsulara yardım etməyin ədəb qaydaları vardır ki, hər bir mömin ona riayət etməlidir. Əgər infaq etmək istəyirsə və ya sədəqə vermək istəyirsə, gərək qarşı tərəfin hisslərini əziz tutsun və onu təhqir etməsin.

Ona minnət qoyaraq, öz sədəqəsini batil etməsin. Bu insanın tək hədəfi – həmin şəxsin yükünü yüngülləşdirmək və Allah razılığını qazanmaq olmalıdır. Etdiyi yardımları gizli şəkildə və insanların gözündən uzaq etsə, daha fəzilətli olar.

İmam Sadiq (ə) buyurur: “Allaha and olsun ki, gizli sədəqə aşkar sədəqədən daha yaxşıdır. Allaha and olsun ki, gizli ibadət aşkar ibadətdən daha yaxşıdır”.

İslam dini bütün bəndələrinin şəxsiyyətini əziz tutur və onlara ehtiramı vacib bilir. Əgər Məsumlarımızın (ə) həyatına nəzər salsaq, görərik ki, onlar yardım edən zaman o qədər dəqiq və hesablanmış halda bu işi görərdilər ki, heç kəsin xəbəri olmazdı.

Allah Təala Qurani-Kərimdə buyurur: “Ey iman gətirənlər, kəsb etdiklərinizin və sizin üçün yerdən çıxardığımız şeylərin (tarla və mədən məhsullarının) pak və halallarından (Allah yolunda) xərcləyin və pak olmayan (pis və haram) malı xərcləmək fikrinə düşməyin.

Halbuki, (əgər) onu (sizin haqqınız müqabilində versəydilər) ancaq göz yumaraq (və meyilsiz halda) qəbul edərdiniz. Bilin ki, Allah ehtiyacsız və (sifət və işləri) təriflənmişdir”.
(“Bəqərə” 267).




/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031