“Ali-İmran” surəsinin bərəkətləri
Mьəllif: admin1
Tarix: 15-06-2022, 22:51
“Ali-İmran” surəsinin bərəkətləri
Quran surələri şəfaverici xasiyyətə malik olduqları kimi, həm də insanın hacətlərinin tez bir zamanda yerinə yetməsi üçün yolları açar və pərdələri aradan qaldırar.

Quranın bu cür surələrindən biri də “Ali-İmran” surəsidir. Bu surənin biz insanlara gətirdiyi bərəkətlər barəsində oxuyuruq:

1. Yoxsulluğu aradan aparar. İmam Sadiq (ə) buyurur: “Əgər yoxsul insan bu surəni yanında gəzdirsə, Allah onun işini asanlaşdırar və ruzisini verər”.

2. Şəfavericidir. Hər kimin mədə ağrısı olarsa, “Bismilləhir-Rahmənir-Rahim”dən sonra 3 dəfə bu surənin 8-ci ayəsini oxuyarsa, ağrısı aradan gedər.

3. Elçilik zamanı müsbət cavab almaq. Hər kim bu surənin 73-74-cü ayələrini kağıza yazar və sağ qoluna bağlayarsa, istədiyi qapıya elçiliyə getsə, inşəallah ki, müsbət cavab alar.

4. Qorxunu aradan aparar. İmam Sadiq (ə) buyurur: “Əgər səfərə getsən və ya səhraya getsən, cinlərin və insanların əziyyətindən qorxsan – sağ əlini başının üstünə qoy və yüksək səslə bu surənin 83-cü ayəsini oxu”.

5. Hacətin yerinə yetməsi. Hər kim evdən xaric olan zaman “Ali-İmran” surəsinin son ayələrini, “Qədr”, “Həmd” və “Ayətül-kürsü”nü oxuyarsa, dünya və axirət hacətləri yerinə yetər.

İmam Əli (ə) buyurur: “Cümə axşamı gününün səhər çağı evdən çıxmazdan əvvəl bu surənin 200-cü ayəsini, “Ayətül-kürsü”nü, “Qədr” surəsini və “Həmd” surəsini oxuyun. Çünki bu əməl dünya və axirət hacətlərinin yerinə yetməsinə səbəb olar”.

6. İşlərin düyününü açar. İşlərinin düyününü açmaq üçün bu surənin 73-cü ayəsini hər gün 350 dəfə de. Fəzilət – Allahın əlindədir.

7. Övlad sahibi olmaq üçün. İmam Sadiq (ə) buyurur: “Əgər “Ali-İmran” surəsini zəfəranla yazsanız və övlad sahibi olmaq istəyənin boynundan assanız, Allah Təalanın icazəsi ilə övlad sahibi olacaqdır”.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031