Gözlərinizi haramlara yumun ki, möcüzələri görsün
Mьəllif: admin1
Tarix: 22-06-2019, 22:19
Gözlərinizi haramlara yumun ki, möcüzələri görsün
Göz – şeytanın (lən) ən böyük silahlarından biridir. Şeytanın nüfuz etmək üçün vasitələri çoxdur və hədəfinə çatmaq üçün ən mühüm vasitəsi – gözdür.

İnsan üçün bu dünyada mühüm olan şey – düşüncələri və fikirləridir. İnsanın ruhudur ki, kamala çatmağa can atar. Ona görə də o şey ki, insanın ruhunu və qəlbini öz təsiri altına salar, mühüm əhəmiyyətə malik olar.

Göz və baxmaq ürəyə birbaşa təsir qoyar. İmam Əli (ə) buyurur: “Qəlb – gözün kitabıdır”. Yəni o şeyi ki, göz görər, qəlbə təsir qoyar.

Ona görə də bu azgın düşmən belə bir güclü silahdan istifadə edərək, insanı yolundan azdırar.

Allah Təala Qurani-Kərimdə möminlərə buyurur: “Mömin kişilərə de ki, (başqalarının ayıb yerləri və yad qadının bədəni kimi baxılması haram olan şeylərlə qarşılaşanda) gözlərini yumsunlar. Mömin qadınlara de ki, (başqalarının ayıb yerləri və yad kişinin bədəni kimi baxılması haram olan şeylərlə qarşılaşanda) gözlərini yumsunlar”. (“Nur” 30-31).

Bu ayə möminlərə əmr edir ki, gözlərini naməhrəmə qarşı yumsunlar.

Şeytan (lən) günahı gözəl və cilvəli hala salaraq, insana nümayiş etdirir. Ona vahimə qüvvəsi vasitəsilə təsir edir.

İmam Əli (ə) buyurur: “Həqiqətən, şeytan yollarını sizə asan cilvələndirər ki, dinin möhkəm düyünlərini bir-birinin ardınca açsın. Vəhdət yerinə dağınıqlığınızı artırsın”.

Həzrət Peyğəmbər (s) buyurur: “Gözlərinizi haramlara yumun ki, möcüzələri görsün. Belə ki, zahir gözü nə qədər bağlasanız, nur gözünü və qəlb mərifətini açar. Batini görmə çoxalar. Nəfsə yəqinlik maarifi hasil olar”.

Hər bir bədən üzvünün haqq və hüququ olduğu kimi, gözün də haqqı vardır. Gözün haqqı odur ki, halal olmayan hər şeyə onu yumasan. Ürəkləri oğurlayan hər bir şeyə baxmaqdan çəkinəsən.

İbrət almaq üçün baxasan. Misal üçün, xaraba qalmış yerə. Baxdığın hər bir şeydə Allahın nişanəsini axtarasan.

Yaxşı olar ki, insan bu həqiqəti qəbul etsin ki, əgər şeytana yardım etməsə, şeytan ona heç bir şey edə bilməz. Bu insandır ki, özü öz əli ilə şeytana yol açır və ona yardım edir.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031