Möminlər behiştdə Allahı görə bilərmi?
Əba Sələt nəql edir: “İmam Rzadan (ə) soruşdum: Bu hədisin mənasını izah edin: “İman əhli behiştdəki məqam və mənzillərindən Allahı ziyarət edərlər”.
Həzrət İmam Rza (ə) cavabında buyurdu: “Ey Əba Sələt! Allah Təala Muhəmmədi (s) bütün məxluqlardan, hətta mələklər və əzəmətli peyğəmbərlərdən də üstün etmişdir. Onunla beyət etməyi – Özü ilə beyət etmək qərar vermişdir. Dünya və axirətdə Peyğəmbərlə (s) görüşməyi və ziyarəti – Özü ilə görüşmək və ziyarət etmək kimi hesab etmişdir”. Bu iddianın dəlili kimi Alah buyurur: “Allahın Peyğəmbərinə itaət edən kəs, əslində Allaha itaət edib və kim üz döndərsə, Biz səni onların (əməlləri) üzərində gözətçi göndərməmişik”. (“Nisa” 80). “Həqiqətən (Hüdeybiyyədə) sənə beyət edənlər – əslində Allaha beyət edirlər. (Sənin) onların əlinin üstündə olan (əlin) – Allahın əlidir. Buna görə də kim əhdi pozsa – yalnız öz ziyanına pozur və kim barəsində Allahla əhd bağladığı şeyə vəfa etsə (Allah) – tezliklə ona böyük bir mükafat verəcəkdir”. (“Fəth” 10). Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim mən həyatda olan zaman və öləndən sonra məni ziyarət etməyə gələr – Allahı ziyarət etmiş olar”. Əziz Peyğəmbərin (s) axirətdəki məqamı bütün məxluqlardan daha ucadır. Ona görə də hər kim behiştdə Həzrəti (s) ziyarət edərsə, əslində Allah Təalanı ziyarət etmiş olar. /Deyerler.org/ Oxşar xəbərlər
|