İffətin zirvəsi
İmam Əli (ə):
تَمامُ الْعِفافِ الرِّضا بِالْكَفافِ “İffətin zirvəsi insanın ehtiyacı qədər qənaət etməsindədir.” (“Biharul-ənvar”, 74-cü cild, səh.419.) Qısa izah Əxlaq alimlərinin nəzərinə əsasən, əxlaq və rəftarlar ifrat və təfrit arasındakı orta həddə fəzilət, ifrat və təfrit həddə isə “rəzilət” sayılır. İffət – ehtirasları normal saxlamaq, qərizə və meyillərdən düzgün bəhrələnmək deməkdir. Onun ifrat tərəfi ehtiras, hərislik və nəfsin istəklərinə uymaq, təfrit tərəfi isə sönüklük və tənbəllik adlanır. Məsələn, dünya malına meyil və dünya malı üçün çalışmaq həddi aşdıqda, dünyapərəstlik adlanır ki, İslamda pislənmişdir. Orta həddə və ehtiyacı qədər olduqda isə, iffət adlanır ki, İslamda bəyənilmişdir. İmam Əli (ə) buyurur: “İffətin zirvəsi ehtiyac qədər qənaət etməkdir.” Tədqiqatçılar yazırlar: “Dünya sərvətləri üç yolda xərclənir: 1. Həyatın zəruri həddi; belə ki, azacıq ehtiyaclarla qənaətlənmək. 2. Rifah; həyatın zəruri həddini aşsa da, israf sayılmır. 3. Ehtiras və nəfsin istəkləri; təəssüf ki, statistik məlumatlar göstərir ki, dünya sərvətlərinin böyük hissəsi üçüncü yolda xərclənir və həddi-hüdudu da yoxdur. Buna dair nümunələr çoxdur və varlı təbəqənin sarayları, villaları və dünyapərəstlərin bərbəzəkləri bunun ən bariz nümunəsidir. Qeyd etdiyimiz hədis birinci qismə aiddir və şübhəsiz, üçüncü qismi qadağan edir. Hədis ikinci qismə də şamil ola bilər. Çünki rifah israf həddində olmasa, insanın ehtiyacları qismindən sayılır. (Maide.az) Oxşar xəbərlər
|