İşsizliyin fəsadları
İmam Əli (ə):
انْ يَكُنِ الشُّغْلُ مَجْهَدَةٌ، فَاتِّصالُ الْفَراغِ مَفْسَدَةٌ “Əgər iş yorğunluğa səbəb olursa, işsizlik fəsada səbəb olur.” (“Biharul-ənvar”, 74-cü cild, səh.419.) Qısa izah İmam Əli (ə) bu hədisdə mühüm bir məsələyə işarə edir, o da budur ki, iş və peşə yalnız iqtisadi xarakter daşımır, həm də mühüm əxlaqi bir məsələdir. Elə bu səbəbdən, o həzrət işsizliyi fəsad, işi isə onun qarşısını alan bir amil kimi bəyan edir. Məşhur bir şeirdə deyilir: انَّ الشَّبابَ وَ الْفَراغَ وَ الْجِدَةْ مَفْسَدَةٌ لِلْمَرْءِ اىَّ مَفْسَدَةْ “Cavanlıq, işsizlik və pul böyük fəsadlara səbəb olur.” (“Nəhcül-bəlağənin şərhi”, İbn Əbil-Hədid, 3-cü cild, səh.340.) Statistik məlumatlar da hədisdə deyilənləri təsdiqləyir. Deməliyik ki, iş dedikdə, zehnimizdə təsəvvür olunan iş və kəsb deyil, əksinə insanı məşğul edən faydalı və şəri iş nəzərdə tutulur. Hədislərdə “Şeytan öz qoşununu şam namazı ilə xiftən namazı arasında ezam edir!” – deyilməsinin səbəbi odur ki, bu müddət ərzində camaat evə yığışır və işsiz olur. Bu məqsədlə həmin anlar “qəflət saatı” adlanmışdır. Şam namazı ilə xiftən namazı arasında qılınan “qüfeylə” namazının “qüfeylə” adlandırılması qəflətin zərərli təsirlərini azaltması ilə əlqədardır. Aydındır ki, heç kim iş və fəaliyyətsiz bir yerə çatmır. Elə buna görə də, böyük alimlər öz zəmanələrinin ən işlək və çalışqan şəxsləri olmuş, onlar üçün tətil və qeyri-tətil günləri olmamışdır. Onlar tətil günlərində iş və peşələrini dəyişsələr də, mütaliə və elmi fəaliyyətlərini əsla tətil etmirmişlər. Odur ki, tələbələr, tədqiqatçılar və elm ocaqları tətil günləri və boş vaxtlarından layiqincə bəhrələnməlidirlər. Maide.az Oxşar xəbərlər
|