"Əl-Əzhər" şeyxi: Şiəlikdə heç bir pis şey görmədim
Əl-Əzhər Universiteti Fiqhi Muqarin fakültəsinin dekanı Şeyx Əhməd Mahmud Kərimi İranın Qum şəhərində təqlid mərcəsi Ayətullah Məkarim Şirazi ilə görüşündə deyib.
O, çıxışı zamanı bildirib ki, "Bizim qürur duyduğumuz məsələlərdən biri də Rəsulullahın (s) qızının adından ilhamlanaraq universitetimizə "Əl-Əzhər" adının verilməsidir. "Tam səmimiyyətimlə deyirəm, bu günə kimi şiəlik haqqında apardığım araşdırmalar zamanı heç bir mənfi bir şeylə qarşılaşmamışam. Bu səbəbdən şiə məzhəbinə mənsub olanlar haqqında pis söz yazmamışam və deməmişəm." Təkfirçiliyin zərərləri barədə kitab qələmə aldığını qeyd edən Şeyx Mahmud, "Bu kitab Misirdə dərc edildi. Mən sələfilərə "Mütəsəllifə" deyirəm. Təkfirçilər bu gün Əl-Əzhəri də təkfir edirlər. Mən dəfələrlə müdirin yanına gedib bu mövzunu müzakirə etmişəm və demişəm ki, İslam dinini vəhhabiliyin əlindən xilas edin. Vəhhabilər bütün İslam ölkələrində, Məkkə və Mədinədə də İslami əsərləri məhv etməkdədirlər. Mənim səylərim nəticəsində bəzi təkfirçi kanallar bağlanıb. Kitabım isə dünyanın hər tərəfinə göndərilib." - deyib. Şeyx çıxışının sonunda bildirib ki, "Bu gün baş verənlərin günahkarı İxvan və sələfilərdir. Əgər Mursi hökuməti davam etsəydi, daha çox insan öldürüləcəkdi, daha çox insan təkfirçi ediləcəkdi. Mursi zamanı universitetimizə də hücum etdilər, təhqir etdilər." Oxşar xəbərlər
|