İblis (lən), Həzrət Adəmdən (ə) əvvəl artıq kafir olmuşdu
İblis (lən) cin nəslindən olmuş və qədim zamanlardan bəri yer üzərində yaşamışdır. Mələklər İblisi (lən) səmaya qaldırmış və onun ibadət əhli olduğunu başa düşmüşdülər.
Qurani-Kərimin ayələrindən belə nəticəyə gəlmək olur ki, cinlər də insanlar kimi ixtiyar sahibidirlər və öz iradələri ilə yanlış və doğru yolu seçərlər. İblis (lən) çoxlu ibadət etdiyi üçün bəzən onu mələk hesab edirlər. Ancaq onun əsli cinlərdəndir. Allah Təala Qurani-Kərimdə buyurur: “Və (yadına sal) o zaman(ı) ki, mələklərə «Adəmə səcdə və təzim edin!» buyurduq. İblisdən başqa onların hamısı səcdə etdi. O (isə) boyun qaçırtdı və təkəbbür göstərdi. O, (öz küfrünü gizli saxlayan) kafirlərdən idi”. (“Bəqərə” 34). İmam Əli (ə) buyurur: “Allahın İblislə etdiyi rəftardan ibrət götürün. Allah bəndəliyi yolunda 6 min illik uzun ibadət və səyləri bir saatlıq təkəbbürü sayəsində bada getdi”. Bildiyimiz kimi küfr, əməlləri məhv edər. Təkəbbür də İblisin (lən) əməllərini məhv etdi. Bir anbar barıt olan yeri yandıran qısa qığılcıma bənzədi. Buna görə də Allah Təala buyurur: “İblis təkəbbür və itaətsizliyinə görə kafir oldu”. Həzrət Adəmin (ə) xilqətindən əvvəl ki, Allah cinləri xəlq etmişdi – onlar yer üzərində fəsad törətmişdilər. İblis də ibadətlə məşğul olsa da, bu cinlər kimi kafir və mürtəd idi. Sadəcə mələkləri qabaqlamağa çalışır və bu yolda səy göstərirdi. Ona görə də deyə bilərik ki, İblis Adəmin (ə) xilqətindən əvvəl kafir olmuş və küfr fikirlərində olmuşdur. Allah onun bu fikirlərindən xəbərdar olsa da, onları üzə çıxartmaq üçün Adəmə səcdə etməsini əmr edir. Bu zaman İblis təkəbbürü sayəsində həmin küfrünü istəmədən də olsa, üzə çıxardır və kafir olduğunu bir daha sübut edir. Allah Təala bizləri belə aqibətdən Özü saxlasın. /Deyerler.org/ Oxşar xəbərlər
|