Qız övladlarının tərbiyəsində önəmli məqam
Mьəllif: admin1
Tarix: 6-07-2019, 18:01
Qız övladlarının tərbiyəsində önəmli məqam
Müasir dövrdə qız övladlarının tərbiyəsi ən aktual mövzuya çevrilmişdir. Cəmiyyətin demək olar ki, yarısından çoxunu qadınlar təşkil edirlər.

Ona görə də cəmiyyətin təşkilat, müəssisə və idarələrində qadınla kişi bir yerdə çalışmağa məcburdur. Belə bir şəraitdə ancaq İslami ailədə doğru tərbiyə almış qız övladları özlərini Xanım Zəhraya (s.ə) uyğun şəkildə apara bilərlər.

Əgər qadın cəmiyyətdə hicabına və rəftarına riayət edərsə, cəmiyyətin bir çox bəlalarını uzaqlaşdırmış olarlar. Ancaq əgər əksinə olarsa, həmin cəmiyyət fəsada və məhvə doğru gedər.

Qız övladlarının düzgün tərbiyəsi birinci ailədən başlayar. Əgər valideyn dindar olar və övladına İslamın əhkamını və əqaidini öyrədə bilərsə və onu bir dindar kimi böyüdə bilərsə – o zaman qız cəmiyyətdə dinin davamçısı olar və başqaları üçün örnək olar.

Ancaq əks halda, əgər valideyn övladının dini tərbiyəsi ilə məşğul olmazsa və tərbiyəsində səhlənkarlıq edərsə, ziyanı həm ailəsinə və həm də cəmiyyətə dəyər.

“Ey Məryəm, öz Rəbbinə təvazökarlıq et (namaz qıl və bütün əməlləri yalnız Ona görə yerinə yetir), səcdə et və rüku edənlərlə birgə rüku et (namaz qılanlarla birgə namaz qıl)”. (“Ali-İmran” 43).

Bəzi təfsirçilər deyir ki, bu vəhy Həzrət Məryəmə (s.ə) 9 yaşında olan zaman nazil olmuşdur. O, 9 yaşından sonra daima ibadətdə və itaətdə olmuşdur.

Qız övladına həddi-büluğ çağında xüsusi diqqət göstərmək lazımdır. Bu yaşda olan uşaqlar çox həssas və təsir altına düşən olurlar. Ona görə də əgər valideyn, müəllim, dost və yaxınları onu fəsaddan qoruya bilərsə və doğru yola hidayət edə bilərsə – bu zaman doğru insan yetişdirmiş olarlar. Valideynin və müəllimin vəzifəsi daha böyükdür. Onlar uşağın düzgün tərbiyə almasında xüsusi məsuliyyətə malikdirdlər.

Valideyn və müəllim, gərək şəxsi nümunəsi ilə uşağı, o cümlədən, qız uşağını tərbiyə etsin. Uşaqlar – gözəl psixoloqdurlar. Və valideynin və ya müəllimin hərəkətinə mütləq surətdə diqqət edirlər. Valideyn və müəllim gərək son dərəcədə diqqətli olsunlar və şəxsi əxlaq və rəftarları ilə uşaqların düzgün tərbiyə almalarını təmin etsinlər. Bu, uşaqların tərbiyə prosesində ən önəmli məqamlardandır.

Hər bir halda cəmiyyətin sağlam olmasında ailənin rolu böyükdür. Əgər ailə dindar və Allahı tanıyan, təqvalı olarsa, o zaman cəmiyyətə doğru insanlar təhvil verə bilərlər.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031