Günün hədisi: Az, amma dəyərli
İmam Sadiq (ə):
لا يَقِلُّ عَمَلٌ مَعَ تَقْويٰ وَ كَيْفَ يَقِلُّ مَا يُتَقَبَّلُ “Təqva ilə edilən əməl zahirdə az olsa da, həqiqətdə az deyildir. Allah dərgahında qəbul olmuş bir əməl necə ola bilər ki, az sayılsın?!” (“Tuhəful-uqul”, səh.201.) Qısa izah Qurani-Kərimdə buyurulur: إِنَّمَا يَتَقَبَّلُ اللّهُ مِنَ الْمُتَّقِينَ “Allah (əməlləri) yalnız təqvalılardan qəbul edir.” (“Maidə”, 27.) İnsan əməlin kəmiyyətinə deyil, onun ixlas, təqva və pak niyyətlə həyata keçirilməsinə diqqət yetirməlidir. İxlas və təqva ilə yanaşı əməl Allah dərgahında qəbul olunur və kəmiyyətcə az olsa belə, dəyərlidir. Amma ixlassız, əbəs yerə və riyakarlıqla görülən işlər miqdar və say baxımından çoxluq təşkil etsə də, onlar Allah dərgahında qəbul edilmir və heç bir dəyərə də malik deyildir. Nəticədə, İslam dininin əməlin kəmiyyətini deyil, onun keyfiyyətini nəzərdə tutduğu məlum olur. (Maide.az) Oxşar xəbərlər
|