Qurani-Kərimdə ən yaxşılar, ən gözəllər
Qurani-Kərim baxımından “təkvin” (varlıq) aləmi ən gözəl biçimdə yaranmış, “təşri” aləmi (ilahi qanunlar) ən gözəl şəkildə yazılmışdır.
Yaranmışlar içində də ən gözəl məxluq insandır. Onun təkamülü üçün ən gözəl qanun nizamlanmış, o, ən gözəl əməl sahibi olmaq üçün xəlq edilmiş və bu gözəl əməl sayəsində Allah-Taala onun üçün ən gözəl savab və mükafat nəzərdə tutmuşdur: 1. Ən yaxşı və ən gözəl yaradan (xaliq) Allah-Taaladır: فَتَبَارَكَ اللَّهُ أَحْسَنُ الْخَالِقِينَ “...Yaradanların ən gözəli olan Allah nə qədər bərəkətlidir!!” (“Muminun”, 14.) 2.Ən yaxşı və ən gözəl məxluq insandır: لَقَدْ خَلَقْنَا الْإِنسَانَ فِي أَحْسَنِ تَقْوِيمٍ “Həqiqətən, Biz insanı ən gözəl biçimdə yaratdıq!” 3. Ən yaxşı və ən gözəl kitab Qurani-Kərimdir: اللَّهُ نَزَّلَ أَحْسَنَ الْحَدِيثِ كِتَابًا مُّتَشَابِهًا مَّثَانِيَ “Allah sözün ən gözəlini (Quranı) bir-birinə bənzər, (xəbərləri və hekayələri, əmrləri və qadağaları, vədləri, müjdələri və təhdidləri) təkrarlanan bir kitab şəklində nazil etdi...” (“Zumər”, 23.) 4. Ən yaxşı və ən gözəl qanunverici Allahdır: وَمَنْ أَحْسَنُ مِنَ اللّهِ حُكْمًا لِّقَوْمٍ يُوقِنُونَ “...(Yaradılışın başlanğıc və sonuna) yəqinliyi olan qövm üçün Allahdan ən yaxşı hökm verə bilən kimdir?!” (“Maidə”, 50.) 5. Ən yaxşı və ən gözəl hekayələr Quran hekayələridir: نَحْنُ نَقُصُّ عَلَيْكَ أَحْسَنَ الْقَصَصِ بِمَا أَوْحَيْنَا إِلَيْكَ هَـذَا الْقُرْآنَ “Biz bu Quranı sənə vəhy etməklə sənin üçün ən gözəl hekayəni (qissəni) danışırıq...” (“Yusuf”, 3.) 6. Ən yaxşı və ən gözəl söz Allaha çağırışdır: وَمَنْ أَحْسَنُ قَوْلًا مِّمَّن دَعَا إِلَى اللَّهِ وَعَمِلَ صَالِحًا وَقَالَ إِنَّنِي مِنَ الْمُسْلِمِينَ “(Xalqı) Allaha tərəf çağıran, yaxşı iş görən və: “Mən müsəlmanlardanam!” – deyən kəsdən ən gözəl danışan kim ola bilər?!” (“Fussilət”, 33.) 7. İlahi söz və göstərişlərin ən yaxşısı v ən gözəlinə itaət etmək: وَاتَّبِعُوا أَحْسَنَ مَا أُنزِلَ إِلَيْكُم مِّن رَّبِّكُم “...Rəbbinizdən sizə nazil edilmiş ən gözəl sözə (Qurana) tabe olun!” (“Zumər”, 55.) 8. Yetim malı ilə ən yaxşı və ən gözəl rəftar: وَلاَ تَقْرَبُواْ مَالَ الْيَتِيمِ إِلاَّ بِالَّتِي هِيَ أَحْسَنُ حَتَّى يَبْلُغَ أَشُدَّهُ “Yetimin malına gözəl bir tərzdə olan (şəriətin icazə verdiyi və malın və ya onun sahibinin xeyrinə olan) istisna olmaqla, o (yetim), həddi-büluğa çatana qədər yaxınlaşmayın (toxunmayın)...” (“İsra”, 34.) 9. İnsanların əzab-əziyyəti müqabilində ən yaxşı rəftar: ادْفَعْ بِالَّتِي هِيَ أَحْسَنُ السَّيِّئَةَ “Sən pisliyi ən gözəl şəkildə (yaxşılıqla) dəf et!...” (“Muminun”, 96.) 10.Mücadilə və mübahisə edənlərlə ən gözəl danışıq tərzi: وَجَادِلْهُم بِالَّتِي هِيَ أَحْسَنُ “(Ya Rəsulum!) Onlarla ən gözəl surətdə mübahisə et...” (“Nəhl”, 125.) 11. İnsanlarla ən gözəl danışıq tərzi: وَقُل لِّعِبَادِي يَقُولُواْ الَّتِي هِيَ أَحْسَنُ “(Ya Rəsulum!) Bəndələrimə de ki, sözün ən gözəlini söyləsinlər...” (“İsra”, 53.) 12. Başqalarının sevgisi müqabilində ən gözəl və ən yaxşı rəftar: وَإِذَا حُيِّيْتُم بِتَحِيَّةٍ فَحَيُّواْ بِأَحْسَنَ مِنْهَا أَوْ رُدُّوهَا “Sizə salam verildiyi zaman onu ən gözəl şəkildə alın və ya (eynilə sahibinə) qaytarın!...” (“Nisa”, 86.) 13. Yaradılış məqsədi – ən gözəl və ən yaxşı əməl: الَّذِي خَلَقَ الْمَوْتَ وَالْحَيَاةَ لِيَبْلُوَكُمْ أَيُّكُمْ أَحْسَنُ عَمَلًا “Hansınızın əməlcə ən gözəl olduğunu sınamaq üçün ölümü və həyatı yaradan Odur...” (“Mülk”, 2.) 14. Ən gözəl və ən yaxşı mükafat: مَنْ عَمِلَ صَالِحًا مِّن ذَكَرٍ أَوْ أُنثَى وَهُوَ مُؤْمِنٌ فَلَنُحْيِيَنَّهُ حَيَاةً طَيِّبَةً وَلَنَجْزِيَنَّهُمْ أَجْرَهُم بِأَحْسَنِ مَا كَانُواْ يَعْمَلُونَ “Hər kim kişi və ya qadın mömin olan halda yaxşı iş görsə, onu, şübhəsiz, pak (və gözəl) bir həyatla yaşadacaq və onlara yerinə yetirdikləri əməllərinin müqabilində ən gözəl mükafat verəcəyik.” (“Nəhl”, 97.) Maide.az Oxşar xəbərlər
|