‘Maidə’ surəsini oxumağın fəziləti
“Maidə” surəsi 120 ayədən ibarətdir və Mədinədə nazil olmuşdur. Bəzi təfsirçilərin qeydlərinə əsasən, bu surə “Fəth” surəsindən sonra (bir rəvayətə görə) bütövlükdə Peyğəmbərin (s) vəfatından 2-3 ay öncə nazil olmuşdur.
Bu surədə əhdə vəfalı qalmaq, ictimai ədalətin sifarişi, ədalət əsasında şahidlik etmək, qətlin haram edilməsi, qidaların hökmləri – halal və haram olması, dəstəmaz, qüsl və təyəmmümün hökmləri, İslam Peyğəmbərindən (s) sonra vilayət və rəhbərlik məsələsi, məsihilərin üç üqnüm əqidəsinin rəddi, qiyamət hadisələri, vəsiyyət, qisas, oğurluq və zinanın hökmləri kimi məsələlər nəzərdən keçirilir. Surə sonuncu nazil olmuş surələrdən olduğu üçün “əvfu bil-uqud” (əhdlərə sadiq olun) cümləsi ilə başlayır. Bu surənin “Maidə” adlandırılmasının səbəbi, onun 114-cü ayəsində qeyd olunduğu kimi, həzrət İsanın (ə) duası ilə yaxın dostları (həvarilər) üçün “maidə”nin – səmavi süfrənin (yemək dolu tabaq və süfrənin) nazil olması ilə əlaqədardır və “maidə”nin nazil olması hәzrәt İsanın (ә) möcüzәlәrindәn biridir. Rəvayətlərdə deyilir ki, “maidə” – səmavi süfrə bazar günü nazil olmuşdur. Həm də, məsihilər bazar gününü müqəddəs gün hesab etdiklərindən, həmin günü ibadət üçün kilsələrə üz tuturlar. Onların arasında bazar gününün müqəddəs sayılması da ola bilər ki, səmavi süfrənin həmin gündə nazil olması ilə əlaqədar olsun. (“Peyğəmbərlərin tarixi”, Ustad Seyid Haşim Rəsuli Məhəllati, “İsa peyğəmbərin həyatı” bölümü; “Təfsiri-nümunə”, Ayətullah Məkraim Şirazi, “Maidə” surəsinin təfsirinin başlanğıcı; “Surələr” gülüstanı, Məhəmmədhüseyn Cəfəri, səh.38) Peyğəmbəri-Əkrəm (s) “Maidə” surəsini oxumağın savabı və fəziləti haqda buyurmuşdur: “Hər kim Maidə” surəsini tilavət etsə, bu dünyada nəfəs çəkən yəhudi və məsihilərin sayı qədər ona on həsənə (savab) verilər, on günahı paklanar və məqamı on dəfə artar.” (“Məcməül-bəyan”, 3-cü cild, səh.257.) (Maide.Az) Oxşar xəbərlər
|