Qurani-Kərimdə iman və saleh əməlin nəticə və təsirləri
Mьəllif: admin1
Tarix: 17-07-2019, 21:24
Qurani-Kərimdə iman və saleh əməlin nəticə və təsirləri
Qurani-Kərimdə iman və saleh əməl üçün bir çox nəticə və təsirlər qeyd olunmuşdur ki, biz burada onlardan bir neçəsinə işarə edirik:

1. Böyük ziyandan qurtuluş:

وَالْعَصْر. إِنَّ الْإِنسَانَ لَفِي خُسْرٍ. إِلَّا الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ وَتَوَاصَوْا بِالْحَقِّ وَتَوَاصَوْا بِالصَّبْرِ

“And olsun əsrə! İnsan ziyan içindədir? Yalnız iman gətirib yaxşı əməllər edən, bir-birinə haqqı tövsiyə edən və səbri tövsiyə edən kəslərdən başqa!” (“Əsr”, 1-3.)

2. Günahların örtülməsi və daha gözəl mükafata sahib olmaq:

وَالَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ لَنُكَفِّرَنَّ عَنْهُمْ سَيِّئَاتِهِمْ وَلَنَجْزِيَنَّهُمْ أَحْسَنَ الَّذِي كَانُوا يَعْمَلُونَ

“İman gətirib yaxşı işlər görənlərin (əvvəlki) günahlarının üstünü örtər və onlara etdikləri əməllərdən daha gözəl mükafat verərik.” (“Ənkəbut”, 7.)

3. İnsanların ən yaxşısı olmaq:

إِنَّ الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ أُوْلَئِكَ هُمْ خَيْرُ الْبَرِيَّةِ

“İman gətirib yaxşı əməllər edənlər yaradılmışların ən yaxşılarıdır.” (“Bəyyinə”, 7.)

4. Allah dərgahında üstün məqama sahib omaq:

أَجَعَلْتُمْ سِقَايَةَ الْحَاجِّ وَعِمَارَةَ الْمَسْجِدِ الْحَرَامِ كَمَنْ آمَنَ بِاللّهِ وَالْيَوْمِ الآخِرِ وَجَاهَدَ فِي سَبِيلِ اللّهِ لاَ يَسْتَوُونَ عِندَ اللّهِ وَاللّهُ لاَ يَهْدِي الْقَوْمَ الظَّالِمِينَ

“(Ey müşriklər!) Məgər siz hacılara su verməyi və Məscidülhəramı təmir etməyi Allaha və Qiyamət gününə iman gətirib Allah yolunda cihad edənlərlə eynimi tutursunuz? Onlar Allah yanında eyni deyillər. Allah zalım tayfanı doğru yola yönəltməz!” (“Tövbə”, 19.)

5. İnsanlar arasında və onların qəlblərində sevilmək:

إِنَّ الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ سَيَجْعَلُ لَهُمُ الرَّحْمَنُ وُدًّا

“Həqiqətən, iman gətirib yaxşı işlər görənlər üçün Rəhman (Allah) tezliklə (qəlblərdə) sevgi yaradacaqdır.” (“Məryəm”, 96.)

6. Yer üzündə xilafət və hakimiyyətə sahib olmaq:

وَعَدَ اللَّهُ الَّذِينَ آمَنُوا مِنكُمْ وَعَمِلُوا الصَّالِحَاتِ لَيَسْتَخْلِفَنَّهُم فِي الْأَرْضِ كَمَا اسْتَخْلَفَ الَّذِينَ مِن قَبْلِهِمْ

“Allah aranızdan iman gətirib yaxşı işlər görənləri özlərindən əvvəlkilər kimi yer üzünün hakimləri edəcəyini vəd buyurmuşdur...” (“Nur”, 55.)

7. Pak və gözəl həyata sahib olmaq:

مَنْ عَمِلَ صَالِحًا مِّن ذَكَرٍ أَوْ أُنثَى وَهُوَ مُؤْمِنٌ فَلَنُحْيِيَنَّهُ حَيَاةً طَيِّبَةً وَلَنَجْزِيَنَّهُمْ أَجْرَهُم بِأَحْسَنِ مَا كَانُواْ يَعْمَلُونَ

“Hər kim kişi və ya qadın mömin olan halda yaxşı iş görsə, onu, şübhəsiz, pak (və gözəl) bir həyatla yaşadacaq və onlara yerinə yetirdikləri əməllərinin müqabilində ən gözəl mükafat verəcəyik.” (“Nəhl”, 97.)

8. Allah-Taala tərəfindən qəbul və mükafat:

وَمَنْ أَرَادَ الآخِرَةَ وَسَعَى لَهَا سَعْيَهَا وَهُوَ مُؤْمِنٌ فَأُولَئِكَ كَانَ سَعْيُهُم مَّشْكُورًا

“Kim axirəti istəsə və mömin olan halda axirət üçün ona layiq tərzdə çalışsa, belə şəxslərin səyləri qəbul ediləcək və mükafata layiq görüləcəkdir.” (“İsra”, 19.)

9. Zülmətlərdən çıxarılıb nura daxil olmaq:

رَّسُولًا يَتْلُو عَلَيْكُمْ آيَاتِ اللَّهِ مُبَيِّنَاتٍ لِّيُخْرِجَ الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ مِنَ الظُّلُمَاتِ إِلَى النُّورِ وَمَن يُؤْمِن بِاللَّهِ وَيَعْمَلْ صَالِحًا يُدْخِلْهُ جَنَّاتٍ تَجْرِي مِن تَحْتِهَا الْأَنْهَارُ خَالِدِينَ فِيهَا أَبَدًا قَدْ أَحْسَنَ اللَّهُ لَهُ رِزْقًا

“İman gətirib yaxşı işlər görənləri zülmətlərdən nura çıxartmaq üçün Allahın açıq-aşkar ayələrini sizə oxuyan bir peyğəmbər göndərmişdir. Kim Allaha iman gətirib yaxşı iş görsə, (Allah) onu (möminlərin) əbədi qalacaqları, (ağacları) altından çaylar axan cənnətlərə daxil edər. Həqiqətən, Allah ona gözəl ruzi əta etmişdir!” (“Talaq”, 11.)

10. Allah dərgahında duaların qəbulu:

وَيَسْتَجِيبُ الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ وَيَزِيدُهُم مِّن فَضْلِهِ

“İman gətirib yaxşı işlər görənlərin duasını qəbul edən, Öz lütfünü onlara artıran da Odur...” (“Şura”, 26.)

11. Allah tərəfindən hidayət tapmaq və doğru yolda olmaq:

إِنَّ الَّذِينَ آمَنُواْ وَعَمِلُواْ الصَّالِحَاتِ يَهْدِيهِمْ رَبُّهُمْ بِإِيمَانِهِمْ تَجْرِي مِن تَحْتِهِمُ الأَنْهَارُ فِي جَنَّاتِ النَّعِيمِ

“Şübhəsiz, iman gətirib yaxşı işlər görən kəsləri Rəbbi imanlarına görə hidayət edər (və axirətdə) nemət dolu bağlarda onların (ağaclarının və saraylarının) altından çaylar axar.” (“Yunus”, 9.)

12. Salehlərin zümrəsinə daxil olmaq:

وَالَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ لَنُدْخِلَنَّهُمْ فِي الصَّالِحِينَ

“İman gətirib yaxşı işlər görənləri salehlər zümrəsinə daxil edəcəyik!” (“Ənkəbut”, 9.)

13. Behiştə daxil olmaq:

إِنَّ اللَّهَ يُدْخِلُ الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ جَنَّاتٍ تَجْرِي مِن تَحْتِهَا الْأَنْهَارُ

“Allah, iman gətirib yaxşı əməllər edənləri (ağacları) altından çaylar axan cənnətlərə daxil edər...” (“Muhəmməd”, 12.)

14. Behiştdə ali dərəcələrə yiyələnmək:

وَمَنْ يَأْتِهِ مُؤْمِنًا قَدْ عَمِلَ الصَّالِحَاتِ فَأُوْلَئِكَ لَهُمُ الدَّرَجَاتُ الْعُلَى

“Kim (Rəbbinin hüzuruna) yaxşı əməllər etmiş bir mömin kimi gələrsə, belələrini ən yüksək dərəcələr gözləyir.” (“Taha”, 75.)

Maide.az
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031